Kelloqun qızından atasına: Kiyevdə səsli gecədir, ata!


…Deməli, Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun qızı Meqan Mobbs iyunun 6-na keçən gecə Rusiyanın Ukrayna şəhərlərinə kütləvi hücumu zamanı atasına müraciət edib.

SİA bu barədə onun X sosial şəbəkəsindəki nəşrinə istinadən bildirir.

Qeyd edildiyi kimi, Meqan, “Kiyevdə səsli gecədir, ata”, yazıb.

O, paytaxtın gecə atəşə tutulması fonunda Rusiyanın müharibəyə son qoymaq niyyətini də şərh edib.

…Ola bilsin ki, gecə yarısı partlayışlar və atışma olub, amma məndə qəribə hiss var ki, ruslar sülh istəmir.

Bunu amerikalı məmurun qızı deyib.

Mobbs öz postunda həmin gecə Ukraynanın bir neçə şəhərinin atəşə tutulmasını xatırladığı əvvəlki nəşri əlavə edib.

…Rusiya sizdən onun cavab zərbəsi vurduğuna inanmağınızı istəyir, lakin Ukraynanın dəqiq zərbələri Rusiyanın dinc əhaliyə davamlı hücumlarına cavab olaraq və yalnız Putin atəşi dayandırmaqdan imtina etdikdən sonra həyata keçirilib.

Bunu da Mobbs vurğulayıb.

…Keyt Kelloqun özü hələlik bu sözlərə açıq cavab verməyib. Eyni zamanda, Ukrayna Prezidentinin Aparatının rəhbəri Andriy Yermak artıq Don Keyt Kelloqa Ukraynaya verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

…Mən həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqa Vaşinqtondakı görüşə, mühüm söhbətə və tam qarşılıqlı anlaşmaya görə təşəkkür edirəm: Putin şərdir.

Bunu isə Yermak yazıb.

…Yada salaq ki, Meqan Mobbs tammiqyaslı işğalın əvvəlindən Ukraynaya fəal şəkildə kömək edir.

Onun rəhbərliyi altında fond R.T. Weatherman Ukraynadakı 70-dən çox xəstəxana və təşkilata 10.000-dən çox palet dərman, avadanlıq və humanitar yardım çatdırıb.

Fondun Rumıniya ilə sərhəddə logistika mərkəzi də fəaliyyət göstərir.

Əli Babayev

Əlaqəli Xəbərlər