Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə silsilə tədbirlər keçirilib. SİA xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb. Hərbi qulluqçuların iştirakı ilə qurbanlıqlar kəsilib, onlar üçün bayram süfrələri təşkil edilib. Tədbirlərdə Azərbaycanın islami, bəşəri…
Daha çoxDay: June 7, 2025
Finlandiya ölkənin müdafiə büdcəsini artırmağı planlaşdırır
Finlandiyanın müdafiə xərcləri hər il milyardlarla avro artacaq. SİA xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo “Yle”yə müsahibəsində bildirib. “Hökumət artıq 2029-cu ilədək müdafiə xərclərini ÜDM-in üç faizinə qədər artırmağı planlaşdırır. Bu isə büdcənin hər il 1,5-2 milyard avro artması deməkdir”, – “Yle” onun sözlərini sitat gətirib. Finlandiyanın baş naziri müdafiə xərclərinin artırılmasının zəruriliyini Rusiyadan gələn daimi təhlükə ilə izah edib. P.Orponun sözlərinə görə, bu artımı təmin etmək mümkündür, baxmayaraq ki, dövlət borcunun eyni zamanda artması ciddi problem olaraq qalır. Baş nazir xərclərin vergilərin artırılması və ya büdcənin…
Daha çoxBakı və Çin limanları arasında əməkdaşlıq imkanları müzakirə edilib
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Çin Quandun əyalətində yerləşən Şençjen, Quancou, Juhai, Şantou və Cantszyan limanları arasında əməkdaşlıq imkanları müzakirə edilib. SİA bu barədə “AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Məlumata görə, müzakirələr ADY-nin sədrinin müavini Arif Ağayevin Quandun əyalətinin Siyasi Məşvərət Konfransının sədri Lin Ketsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə baş tutub. Görüşdə Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi olan Orta Dəhlizin strateji rolu, bu marşrut üzrə yüklərin səmərəli və təhlükəsiz daşınması və yük daşımaları sahəsində ortaq maraq doğuran məsələlər müzakirə…
Daha çoxErmənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək. SİA xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. “Bu gün 7 iyundur. Ermənistanın növbəti parlament seçkilərinə düz bir il qalıb. Seçki 2026-cı il iyunun 7-də keçiriləcək”, – A.Simonyan bildirib.
Daha çoxİki gün ərzində paytaxtdan bölgələrə 600-dən çox reys həyata keçirilib
İyunun 5-6-da paytaxtdan bölgələrə 20554 sərnişin daşınıb. SİA xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərə 605 reys həyata keçirilib. Adi günlərdə xətlərə 200-ə yaxın reys çıxarılırsa, gücləndirilmiş rejimin hər günü əlavə olaraq 100-dən çox reys buraxılıb. Ümumilikdə iki gün ərzində BBAK-dan 205 əlavə reys həyata keçirilib. Sərnişinlərin 38 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. İstirahət günlərində vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Daha çoxÇin nümayəndə heyəti Bakı Limanının multimodal imkanları ilə tanış olub
“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müavini Arif Ağayev Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Çinin Quandun əyalətinin Siyasi Məşvərət Konfransının sədri Lin Ketsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, ADY-dən bildirilib ki, görüşdə Bakı Limanı və Quandun əyalətində yerləşən Şençjen, Quancou, Juhai, Şantou və Cantszyan limanları arasında əməkdaşlıq imkanları, Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi olan Orta Dəhlizin strateji rolu, bu marşrut üzrə yüklərin səmərəli və təhlükəsiz daşınması və yük daşımaları sahəsində ortaq maraq doğuran məsələlər müzakirə edilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq…
Daha çox28 yaşlı “Miss Ekvador” Maria Arquello toy ərəfəsində dünyasını dəyişib…
“Miss Ekvador” yarımfinalçısı 28 yaşlı Maria Lorena Arquello toyuna az qalmış dünyasını dəyişib. Ölümün səbəbi dəqiqləşdirilmir. Milli gözəllik müsabiqəsinin təşkilatçıları üzücü xəbər yayıblar. SİA-nın məlumatına görə, onlar qızın ailəsinə və yaxınlarına başsağlığı veriblər. Mariyanın nişanlısı toya hazırlaşdıqlarını deyib. Qəza mərasim ərəfəsində baş verib. Onun sözlərinə görə, gəlinin ölümü onun üçün çox ağır zərbə olub. …Maria Arquello 12 mart 1997-ci ildə anadan olub. O, tibb təhsilli olub və Las Amerika Universitetində cərrah olmaq üçün təhsil alıb. O, 2024-cü ildə Ekvadorun paytaxtı Kitonu təmsil edərək gözəllik müsabiqəsində iştirak edib. Nazlı Almuradova
Daha çoxAQTİ-nin yeni saytı istifadəyə verilib
7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günündə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) yeni saytı istifadəyə verilib. SİA xəbər verir ki, institutdan bildirilib ki, sayt sahibkarların məlumatlandırılması, istehlakçıların maarifləndirilməsi üçün çox faydalı imkanlar təqdim edir. Müasir və interaktiv platformada qida təhlükəsizliyi ilə əlaqəli ən son yeniliklər, xəbərlər və sahibkarların xidmətlərə əlçatanlığını təmin etmək üçün müraciət bölmələri yaradılıb. Saytda AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyaları və onların göstərdiyi xidmətlər barədə ətraflı məlumatlar təqdim olunur. Sayta daxil olan hər kəs laboratoriyalara virtual tur etmək imkanı qazanacaq. Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun…
Daha çoxBayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı açıqlanıb
İki gün ərzində paytaxtdan bölgələrə 600-dən çox reys həyata keçirilib. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, 5-6 iyun tarixlərində paytaxtdan bölgələrə 20 554 sərnişin daşınıb: “Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərə 605 reys həyata keçirilib. Adi günlərdə xətlərə 200-ə yaxın reys çıxarılırsa, gücləndirilmiş rejimin hər günü əlavə olaraq 100-dən çox reys buraxılıb. Ümumilikdə, iki gün ərzində BBAK-dan 205 əlavə reys həyata keçirilib”. Bildirilib ki, sərnişinlərin 38%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. “İstirahət günlərində vətəndaşların…
Daha çoxPrezidentin Mətbuat Xidmətinin məlumatı
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Daha çox