Amerika Birləşmiş Ştatları kolumbiyalı senator Migel Uribeyə qarşı sui qəsd cəhdini qətiyyətlə pisləyir. SİA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “X” hesabındakı paylaşımda bildirib.
Dövlət Departamentinin rəhbəri insidenti ölkə hökumətinin ən yüksək səviyyələrindən gələn ritorika ilə əlaqələndirib:
“Birləşmiş Ştatlar senator Migel Uribeyə sui-qəsd cəhdini qəti şəkildə pisləyir. Bu, demokratiya üçün birbaşa təhlükədir və Kolumbiya hökumətinin ən yüksək səviyyələrindən gələn aqressiv solçu ritorikanın nəticəsidir”, – deyə o qeyd edib.
Rubio həmçinin Kolumbiya prezidenti Qustavo Petronu ölkə rəsmilərini müdafiə etməyə çağırıb:
“Bu hücuma görə məsuliyyət daşıyanlar ədalət qarşısında cavab verməlidir”.