Berlində Mədəniyyətlər Karnavalı keçirilir


Berlində ənənəvi Mədəniyyətlər Karnavalı keçirilir. SİA xəbər verir ki, karnaval bu il də rəngarəngliyi və mədəni müxtəlifliyi ilə minlərlə insanı bir araya gətirib. Dörd gün davam edən karnavalın əsas hissəsi – ənənəvi küçə yürüşündə 68 qrupun tərkibində 4 minədək iştirakçı çıxış edib. Qruplar arasında təkcə berlinlilər deyil, Almaniyanın digər əyalətlərindən gələn nümayəndələr də yer alıblar. Fərqli ölkələrin musiqisi, rəqsləri və ənənəvi geyimləri ilə zəngin olan şou izdihamla qarşılanıb. Səhnələrdə Latın Amerikası, Afrika, Asiya və Avropaya məxsus musiqi və rəqslər nümayiş olunub.

Yürüşü 700 mindən çox insanın izləyib. Yürüş şəhər sakinləri və turistlər tərəfindən böyük maraqla qarşılanıb. Karnaval 1996-cı ildən keçirilir və Almaniyada mədəniyyətlərarası həmrəyliyin simvoluna çevrilib.

Əlaqəli Xəbərlər