Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iyunun 20-də Zaqatala rayonunda Zaqatala və Balakən rayonlarının sakinlərini qəbul edəcək. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Vətəndaşlar 10 – 12 iyun tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.