Rusiya səmasında iki saat ərzində 76 PUA vuruldu


Hava hücumundan müdafiə sistemləri Rusiyanın regionları üzərində 76 Ukrayna PUA-sını məhv edib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İyunun 9-da Moskva vaxtı ilə saat 21:50-dən Moskva vaxtı ilə saat 23:55-dək növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 76 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”, – məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər