Sabah Cəlilabadda qaz olmayacaq


Sabah Cəlilabad şəhərinin bəzi küçələrində təbii qazın verilişində fasilələr olacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Cəlilabad rayonu ərazisində H.Əliyev prospekti 394 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi üçün qaz təchizatının iyunun 11-də saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Bu müddət ərzində şəhərin H.Əliyev prospekti, A.Azərtürk, Cavadxan, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, Sabir, Babək, S.Axundov, Ş.Qurbanov, H.Məmmədov, Nizami, 28 may, Təbriz, Xətai, Fizuli, V.Niftullayev, D.Qorqud, V.Mürsəlov, S.Vurğun küçələri olmaqla 3 000 abonentin qaz təchizatı dayandırılacaq.

Əlaqəli Xəbərlər