Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb


Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 465 431 vahid artaraq bu il iyunun 1-nə 1 milyon 887 min 346-ya çatıb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 451 200 vahid artaraq 991 122 olub.

“Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir”, – deyə məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər