Ruslar olmasaydı, NATO-nun baş katibi Mark Rutte almanca danışardı. Britaniyalı siyasətçi Corc Qellouey alyans rəhbərinin guya Rusiya təhlükəsi və hərbi xərclərin artırılması ilə bağlı sözlərini belə qiymətləndirib. Siyasətçi sosial şəbəkədə Ruttenin açıqlamalarına münasibət bildirib. …Ölkəsi nasistlərə cəmi 48 saat müqavimət göstərdi!. Bunu Corc Qellouey yazıb. …Bir müddət əvvəl Böyük Britaniyanın Sosial Demokrat Partiyasının lideri Uilyam Kluston Rusiya haqqında dediyi sözlərə görə Rutteni həyasız axmaq adlandırmışdı. Siyasətçinin fikrincə, NATO baş katibinin ÜDM-in beş faizini müdafiəyə xərcləmək və ya “rus dilini öyrənmək” çağırışları “onun Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq qərarına qəzəblənməsini” xatırladır.…
Daha çoxDay: June 11, 2025
Engelsdə güclü partlayış səsləri eşidilib…
Yerli sakinlər böyük tüstü sütununun olduğunu bildirirlər… …İyunun 11-də günorta saatlarında Saratov vilayətinin Engels şəhərində güclü partlayış baş verib. Yerli sakinlər böyük tüstü sütununun olduğunu bildirirlər. SİA-nın məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır. Ruslar partlayışın 9-cu Mərkəzi Avtomobil Təmiri Zavodunda baş verə biləcəyini iddia edirlər. Məlumdur ki, bu zavod Kristall neft bazasından cəmi 2 kilometr aralıda Engels aviabazasının yaxınlığında yerləşir. Digər mənbələrə görə, partlayış Kristalldan 5 kilometr aralıda yerləşən “RusKon-S” boru kəməri fitinqləri istehsalı zavodunda baş verə bilərdi. Əli Babayev
Daha çoxDənizdə çimmək, yoxsa hovuzda? – SORĞU
Dənizdə çimmək, yoxsa hovuzda? – SORĞU
Daha çoxDövlət Komissiyasının İşçi qrupunun tərkibi genişlənib
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun tərkibi genişlənib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanla Komissiya tərəfindən qəbul edilmiş qərarları yerinə yetirmək, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar tədbirlərin bilavasitə həyata keçirilməsini təmin etmək məqsədilə Komissiyanın 15 nəfərdən ibarət İşçi qrupu daimi fəaliyyət göstərəcək. Bu vaxta qədər sözügedən işçi qrup 8 nəfərdən ibarət olub. Azərbaycan Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Daha çoxGənclərin Peşə Bələdçiləri gənclərinin peşə-ixtisas seçiminə dəstək tədbirləri keçirir
“Gənclərin Peşə Bələdçisi” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarında və paytaxtında gənclərin peşə təhsilinə yönləndirilməsi məqsədilə tədbirlər keçirilib. SİA xəbər verir ki, layihə gənclərin karyera seçimində düzgün istiqamətləndirilməsini, əmək bazarının tələblərinə uyğun bacarıqlar qazanmasını və peşə təhsilinin üstünlükləri haqqında məlumatlandırılmasını hədəfləyir. Bu təşəbbüs gənclərə və onların valideynlərinə peşə təhsili müəssisələrinin qəbul qaydaları, ixtisasların perspektivləri və təhsilin gələcək karyera imkanlarına təsiri barədə ətraflı məlumatlar verilməsini təmin edir. Layihənin əsas istiqamətləri arasında yuxarı sinif şagirdlərinin peşə təhsilinə marağının artırılması, valideynlərin bu sahədə məlumatlandırılması və gənclərin öz potensiallarını kəşf etməsinə dəstək olmaq yer alır.…
Daha çoxQHT- Yaşil hidrogenin dayanıqlı inkişafda rolu ilə bağlı layihəyəyə start verib
“Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə Azərbaycanın yaşıl hidrogen enerji mənbələrinin dayanıqlı inkişafda rolu ilə bağlı layihəsinə start verib. Layihə çərçivəsində enerji sektorunun dayanıqlı inkişafına töhfə vermək məqsədilə, bərpa olunan enerji mənbələrinin (hidroenergetika, geotermal, bioenerji) və hidrogen saxlama texnologiyalarının inteqrasiyasını araşdırmaq, bərpa olunan enerji mənbələri və hidrogen saxlama texnologiyalarının inteqrasiyası ilə bağlı aparılan araşdırmaların nəticələri ilə bağlı maarifləndirici tədbirlər həyata keçiriləcək. Layihə çərçivəsində Azərbaycanın enerji müstəqilliyini təmin etmək, istixana qazı emissiyalarını azaltmaq və ekoloji təmiz enerji gələcəyini qurmaq məqsədilə…
Daha çoxPekini cilovlamaq üçün ən yaxşı strategiya Moskvanı məğlub etməkdir…
Ukraynanın qələbəsi ABŞ-ın maraqlarına uyğundur… Analitiklərin və siyasətçilərin fikrincə, Rusiyanın Ukraynaya qarşı müharibəsi sadəcə regional münaqişə deyil, beynəlxalq nizam, ABŞ və Avropanın geostrateji maraqları üçün əsas sınaqdır. SİA-nın məlumatına görə, bunu 19FortyFive nəşri yazır. Məqalədə qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Putinin hərəkətlərinin aqressiv xarakterini görməzlikdən gəlməkdə davam edərək, müharibənin mahiyyətini hələ də dərk etmədiyini nümayiş etdirir. Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyəti getdikcə daha absurd və imperialist tələblər, o cümlədən Rus Pravoslav Kilsəsinə xüsusi hüquqlar və ruslaşdırma tələbləri irəli sürür. Ekspertlərin fikrincə, belə…
Daha çoxƏdliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb
VK Rəyasət Heyətinin sədri Anar Bağırov bu mərhələ yalnız nəzəri biliklərin artırılması deyil, həm də peşə hazırlığının gücləndirilməsi, praktiki bacarıqların inkişafı və beynəlxalq təcrübənin mənimsənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Anar Bağırov deyib ki, vəkilliyə qəbul üzrə test imtahanları VK və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə tam şəffaf və obyektiv şəraitdə həyata keçirilir. Həmçinin, sədr əlavə edib ki, ixtisas imtahanlarının şifahi mərhələsində ədalətliliyin təmin olunması üçün videoyazı sistemi tətbiq olunur və bütün namizədlərə eyniməzmunlu suallar təqdim…
Daha çox“Unudulmaqda olan adət-ənənələr” layihəsinin icrasına başlanıb
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin təşkilatçılığı ilə “Unudulmaqda olan adət-ənənələr” adlı layihənin icrasına başlanılıb. SİA xəbər verir ki, layihənin məqsədi Azərbaycan xalqına məxsus qədim adət-ənənələrin, milli-mənəvi dəyərlərin araşdırılması, təbliği və gələcək nəsillərə ötürülməsidir. Qloballaşma və modern həyat tərzinin təsiri ilə zamanla unudulmağa başlayan mədəni irsimizin qorunması və yaşadılması bu təşəbbüsün əsas prioritetlərindəndir. Müasir dövrdə, xüsusilə qloballaşma prossesi fonunda, bir çox qədim adət-ənənələrimiz unudulmaq təhlükəsi ilə üz-üzədir. Gənc nəsillər bu dəyərlərdən uzaqlaşdıqca, milli kimlik zəifləyə bilər. Tədbirlər 2025-ci il ərzində…
Daha çox“Görülən işlərlə tanış olmaq siyasi partiyalar üçün çox əhəmiyyətlidir”
Xəbər verdiyimiz kimi partiya sədrlərinin növbəti Qarabağ səfəri baş tutub. Səfər Prezident Administrasiyasının Siyasi partiyalarla və parlamentlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə həyata keçirilib. Bu, partiya rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə səkkizinci səfəri olub. SİA mövzu ilə bağlı partiya sədrləri arasında sorğu edib. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “Prezident Administrasiyasının Siyasi partiyalarla və parlamentlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə bu yaxınlarda bir sıra siyasi partiya rəhbərləri, media nümayəndələri və politoloqlar işğaldan azad olunmuş Cəbrayıl və Zəngilanda oldular. Bu, siyasi partiya rəhbərlərinin azad olunmuş ərazilərə səkkizinci səfəri idi. Bu səfərlərin əhəmiyyətini iki…
Daha çox