…ABŞ prezidenti Donald Trampın siyasətinin əleyhdarları Vaşinqtonda hərbi paradın keçiriləcəyi gün, iyunun 14-də keçirilməsi planlaşdırılan “No Kings” aksiyası çərçivəsində ölkə daxilində kütləvi nümayişlər elan ediblər. SİA xəbər verir ki, bu barədə tədbirin saytında yer alan məlumatda deyilir. …“No Kings milli itaətsizlik günü deyil,.. biz avtoritarizmi rədd etmək və dünyaya əsl demokratiyanın necə göründüyünü göstərmək üçün hərəkət edirik”, – vebsaytda deyilir. 200-dən çox vətəndaş fəalı qrupunun iştirak etdiyi etirazların bütün ştatlarda 1500-dən çox şəhərdə keçirildiyi bildirilir. İyunun 14-də Vaşinqtonda ABŞ ordusunun 250 illiyi və prezident Donald Trampın anadan olmasının 79-cu ildönümü…
Daha çoxDay: June 11, 2025
“Layihələr şəhərin davamlı mobillik strategiyasına töhfə verəcək”
“Bakı şəhərində metro artıq 57 ildir fəaliyyət göstərir və bu illər ərzində metronun fərqli inkişaf dövrləri olub. Müstəqillik illərində şəhərimiz sürətlə böyüyüb, lakin metro stansiyaları və xətləri bu sürətlə inkişaf etməyib. Şəhərin daxilində sıx məskunlaşan yerlərin əlaqələndirilməsi üçün mövcud metro şəbəkəsinin müəyyən istiqamətlərdə genişləndirilməsi vacibdir ki, bu da şəhər daxilindəki mobilliyə və hərəkətliliyə imkan yaratsın”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib. Onun sözlərinə görə, metro çox bahalı nəqliyyat növüdür; tikintisi və konseptual planı var. Bu plan fərqli xətlərin yaradılmasını nəzərdə tutur və Bakı şəhərinin baş planına…
Daha çoxAli Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı genişməzmunlu Plenum qərarı layihəsi hazırlayıb
Azərbaycan Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının iyunun 10-da növbəti iclası keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Ali Məhkəməsi məlumat yayıb. İclasda “Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi və digər qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi” mövzusu üzrə müzakirələr təşkil edilib. İclasa sədrlik edən Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, müzakirənin məqsədi məhkəmələr tərəfindən işlərə baxılarkən mənəvi zərərin ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı mövcud çətinliklərin və fərqli yanaşmaların aradan qaldırılması üçün aidiyyəti hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsidir. Qeyd edilib ki,…
Daha çoxDYP skuter sürənlərə xəbərdarlıq edib
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi skuterlə hərəkət edənlərə xəbərdarlıq edib. SİA xəbər verir ki, bu barədə DYP məlumat yayıb. Son illər ölkəmizdə skuter və digər elektrikli fərdi hərəkət vasitələrindən istifadə hallarında əhəmiyyətli artım müşahidə olunur. Lakin, bu nəqliyyat vasitələrində hərəkət edən bəzi şəxslərin yol hərəkəti qaydalarına laqeyd münasibəti onların özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. Skuterlərfın istifadə zamanı ən çox rast gəlinən qayda pozuntuları sırasında aşağıdakılar yer alır: – bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi…
Daha çox“Çin vətəndaşları dünyada ən çox səyahət edən turist qruplarından biri hesab olunur”
“Azərbaycan ilə Çin Xalq Respublikası arasında viza rejiminin sadələşdirilməsi və ya aradan qaldırılması, şübhəsiz ki, iki ölkə arasında turizm əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradır. Məlumdur ki, Çin təxminən 1,5 milyard nəfərə yaxın əhali ilə dünyanın ən çox əhalisi olan ölkəsidir və Çin vətəndaşları dünyada ən çox səyahət edən turist qruplarından biri hesab olunur. Onlar həm fərdi şəkildə, həm də turist qrupları şəklində xarici ölkələrə səyahət edirlər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib. Onun sözlərinə görə, Azərbaycan isə özünün zəngin tarixi, mədəni…
Daha çox“Prezident daxili və xarici siyasətdə uğurlu fəaliyyət göstərir”
“Bu gün biz qətiyyətlə deyə bilərik ki, cənab Prezident həm daxili, həm də xarici siyasətdə uğurlu və ardıcıl fəaliyyət göstərir” . Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, 2003-cü ildən bu günə qədər Prezident İlham Əliyev Azərbaycan xalqı naminə çox böyük xidmətlər göstərmişdir: “O, xalqın rifahı və ölkənin inkişafı üçün mühüm islahatlar həyata keçirmiş, böyük addımlar atmışdır. Söhbət təkcə iqtisadi sahədə əldə olunan nailiyyətlərdən deyil, həm də digər istiqamətlərdə – sosial, siyasi və beynəlxalq münasibətlər sahəsindəki uğurlardan gedir. Azərbaycan iqtisadiyyatı son illər ərzində bir neçə dəfə…
Daha çoxŞeyxülislam Ümumdünya Kilsələr Şurasının Baş katibinə etiraz məktubu göndərib
Erməni kilsəsinin, kövrək sülh şəraitini pozan qızışdırıcı, revanşist həqiqətə uyğun olmayan təbliğatına və xristian təəssübkeşliyindən sui-istifadə cəhdlərinə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) tərəfindən bundan sonra dəstək verilməsin. SİA xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin ÜKŞ Baş katibi Jerry Pilleyə etiraz məktubunda qeyd edilib. Məktubda qeyd edilib ki, Baş katibin erməni tərəfinin açıq-aydın təsiri altında verdiyi açıqlamalar Şuranın sülhpərvər nüfuzuna və ədalətli mövqeyinə xələl gətirir: “Əminəm ki, ÜKŞ rəhbəri olaraq Siz beynəlxalq təşkilatların həmin hesabatları və beynəlxalq müşahidəçilərin bəyanatları ilə tanış olsaydınız, Sizin açıqlamalarınız da obyektiv…
Daha çoxAzərbaycan 2027-ci ildən sonra BOEM üzrə daha 10 yeni layihə icra edəcək
Azərbaycan bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafının ikinci mərhələsi çərçivəsində daha 10 yeni layihənin həyata keçirilməsini planlaşdırır. SİA xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Avropa KİV-inə müsahibəsində bildirib. O xatırladıb ki, 2027-ci ilə qədər Azərbaycanda “yaşıl enerji” sahəsində 10 layihənin həyata keçirilməsi planlaşdırılır və buna 2,7 milyard ABŞ dolları investisiya yönəldiləcək. “Bu, 2 GVt “yaşıl enerji” istehsal etməyə imkan verəcək. 2027-ci ildən sonra üç fazalı inkişafın ikinci fazası çərçivəsində daha 10 layihəmiz var – bunlar dənizdəki külək elektrik stansiyaları, qurudakı külək elektrik stansiyaları, günəş enerjisi layihələri və…
Daha çoxMavritaniya Prezidenti Azərbaycan liderini təbrik edib
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri, əziz Qardaşım. Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha da çox tərəqqi və rifah diləyirəm. Mən, həmçinin ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın mənafeləri naminə möhkəmlənməsi və inkişafı istiqamətində səyləri davam etdirmək niyyətimizi bir daha bildirirəm. Zati-aliləri, əziz Qardaşım, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.
Daha çoxBakı-Sumqayıt qatarının 14-16 iyundakı hərəkət qrafiki AÇIQLANDI
Abşeron dairəvi marşrutu üzrə qatarlar (Bakı-Sumqayıt) 14 və 16 iyun tarixlərində şənbə, 15 iyunda isə bazar gününün qrafiki ilə hərəkət edəcək. SİA bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir. Xatırladaq ki, iyunun 15-də Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunacaq. Həmin tarix bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin tələbinə əsasən, 16 iyun qeyri-iş günü olacaq.
Daha çox