Prezidentin xüsusi nümayəndəliyi vətəndaşın iddialarına cavab verib

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi açıqlama yayıb. SİA açıqlamanı təqdim edir: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və tam suverenliyinin təmin edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işləri, doğma yurdlarına dönən vətəndaşlarımızın məskunlaşmaları, onların sosial qayğılarının qarşılanması istiqamətində ardıcıl tədbirlər uğurla davam etdirilir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək, orada fəaliyyət göstərən dövlət orqanlarının yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək, mülkiyyətin mühafizəsini, dövlət əmlakından…

Daha çox

Deputat 0-3 yaşlı uşaqlara baxan valideynlər üçün güzəştlərin olmasını təklif edib

Azərbaycanda 0-3 yaşlı uşaqlara baxan valideynlər üçün çevik və qısaldılmış iş rejimi, müəyyən vəzifələr üçün onlayn çalışmaq icazələrinin qanunla tənzimlənərək tətbiq olunması mexanizmləri hazırlanmalıdır. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında çıxış edib. O qeyd edib ki, erkən yaşda bağçaya göndərilən uşaqlarda stress hormonlarının (kortizol) səviyyəsinin artması müşahidə olunur: “Bu da uzunmüddətli emosional və davranış problemlərinə səbəb ola bilər. Təəssüf ki, bir çox valideyn iş rejiminin və həyat tələblərinin təsiri ilə bu dövrdə uşağı bağçaya göndərməyə məcbur olur. Nəticədə…

Daha çox

Azərbaycan və Dünya Bankı gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Dünya Bankı arasında gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazirin I müavini Anar Kərimov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeysteri, Avropa və Mərkəzi Asiya regionu üzrə Dövlət İdarəçiliyi və İnstitusional İnkişaf Proqramının rəhbəri və bu sahədə təcrübələr üzrə meneceri Adrian Fozzardı qəbul edib. Görüşdə mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, Azərbaycan hökumətinin bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu qeyd edilib. Azərbaycanın uzun illər ərzində Dünya Bankı ilə əməkdaşlıqdan faydalandığı, Bankın müxtəlif sahələrdə maliyyələşdirdiyi layihələrin və göstərilən texniki yardımların…

Daha çox

Naxçıvanda II karyera sərgisi açılıb

Naxçıvan şəhərində II karyera sərgisi keçirilir. SİA-nın məlumatına görə, 28-i dövlət, 14-ü özəl müəssisə olmaqla, ümumilikdə 42 təşkilat sərgiyə vakant vəzifə çıxarıb. Qeyd olunub ki, iki gün davam edəcək sərgiyə 5 mindən çox tələbə və məzun olmaqla, ümumilikdə, 7 min iştirakçının qatılacağı gözlənilir. Onlar müəssisə nümayəndələri ilə görüşmək, şəxsi məlumatlarını təqdim etmək, təcrübə və vakant iş yerləri haqqında birbaşa məlumat almaq imkanı əldə edəcəklər. Sərgi müddətində Bakıdan dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən müxtəlif mövzularda təlimlər keçiriləcək. Bildirilib ki, ötən il keçirilən I karyera sərgisində təqdim olunan şəxsi məlumatlar əsasında artıq…

Daha çox

“Paşinyan bütün bunların fəqrindədir”

“Ermənistanda daxili qarşıdurmaların daha da kəskinləşdiyi müşahidə olunmaqdadır. Paşinyanın Il Qareginin timsalında erməni Qriqoryan kilsəsinə açdığı dava həlledici fazaya daxil olub. Məlumdur ki, Paşinyan və kilsə arasında olan gərgin münasibətlər bir neçə ildir ki, davam edir. Hələ Paşinyanın hakimiyyət uğrunda mübarizəyə başladığı vaxtlardan Sarkisyan hakimiyyətini müdafiə edən kilsə rəhbərləri onun hakimiyəyə gəlişi ilə bir müddət sakit dayansalar da, sonradan Paşinyan əleyhinə açıq mübarizəyə start verdilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, Paşinyana qarşı birləşən qüvvələr, yəni siyasi müxalifətlə kilsənin məqsədi təbii ki, mövcud hakimiyyətin…

Daha çox

Türk Dövlətləri Təşkilatında ailəni dəstəkləyən siyasətlər müzakirə olunub

Bu gün Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrinin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbir ailə mövzusuna həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Tədbirdə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətindən rəsmi şəxslər və ziyalılar iştirak ediblər. İlk çıxışı edən Türkiyənin Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş 2025-ci ilin Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə “Ailə ili” elan edildiyini bildirib. O qeyd edib ki, müasir dövrdə ailə institutunun zəifləməsi yalnız…

Daha çox

Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib

Hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra ediblər. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə praktiki uçuşlar yerinə yetirilib. Hərbi pilotlar təyyarələrdə qalxma və enmə, eləcə də aşağı və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər. Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən uçuşlar zamanı yüksək peşəkarlıq nümayiş etdirilib.

Daha çox

Ailəyə müdaxilə: Harada dayanmaq lazımdır?

Cəmiyyətimizdə bu problem hələ də geniş yayılıb: ərinin ailəsi gəlinin nə geyinəcəyinə və uşağı necə böyüdəcəyinə qarışır. Bu isə ailədaxili narazılıqlara, qadının özünü sıxışdırılmış hiss etməsinə və bəzən ailələrin dağılmasına gətirib çıxarır. SİA mövzu ilə bağlı araşdırma aparıb. Ən çox rast gəlinən müdaxilələr: Geyimlə bağlı: • “Bizim ailəyə yaraşmır bu geyim” • “Qayınata varkən belə geyinmək olmaz” • “Uşağın anasısan, ciddi geyinməlisən” • “El-oba nə deyər?” Uşaq tərbiyəsi ilə bağlı: • “Uşağı qucağa öyrətmə” • “Yedizdirmə üsulun düzgün deyil” • “Psixologiya dedikləri boş şeydi” • “Biz necə böyütmüşüksə, sən də…

Daha çox

Azərbaycanda vergi orqanlarına daxil olmuş müraciətlərin sayı mayda 6 %-dən çox azalıb

Bu ilin may ayında Azərbaycanda vergi orqanlarına 32 985 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% azdır. SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, daxil olmuş müraciətlərdən 94,2 %-i ərizə, 5,7 %-i şikayət, 0,1 %-i təklif olub, 26 müraciətin icrası nəzarətə götürülüb. Daxil olmuş müraciətlərdən 65,1 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 34,9 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 65,7 %-i həll olunub, 33,1 %-i ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Həll olunmuş…

Daha çox

Milli Qurtuluş Günü: Zəfərin başlanğıcı

Azərbaycan xalqının taleyində elə önəmli günlər var ki, həmin tarixlərdə gələcəyimizi formalaşdıran mühüm addımlar atılıb. Bu günlər arasında ən əlamətdar və unudulmazlarından biri 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix sadəcə bir təqvim günü yox, böyük siyasi, tarixi və mənəvi məna daşıyan bir gündür. 15 İyun xalqımız üçün gerçək qurtuluşun və sabitliyin başlanğıcıdır. Bu mühüm dönüş nöqtəsinin başında isə Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə misilsiz xidmətlər göstərmiş, daim xalqına güvənmiş Ümummilli Lider Heydər Əliyev dayanır. 1990-cı illərin əvvəlləri Azərbaycan tarixində ən gərgin və çətin dönəmlərdən biri kimi yadda…

Daha çox