Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 465 431 vahid artaraq bu il iyunun 1-nə 1 milyon 887 min 346-ya çatıb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 451 200 vahid artaraq 991 122 olub. “Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir”, – deyə məlumatda qeyd olunub.

Daha çox

Azərbaycan və Özbəkistan Hökumətlərarası Komissiyanın iclasının tarixini razılaşdırıb

Azərbaycan və Özbəkistan əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclasını iyunun 20-də Bakıda keçirilməsi planlaşdırılır. SİA xəbər verir ki, həmin gün həmçinin III Regionlararası Forumun keçirilməsi də planlaşdırılır. Bildirilir ki, Forum çərçivəsində B2B görüşləri də baş tutacaq. Forumun əsas mövzuları arasında regionların iqtisadi perspektivləri və tərəfdaşlığın inkişaf imkanlarının müzakirəsi var. Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovdur. Qeyd edək ki, bir gün əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Azərbaycanın Baş naziri Əli Əsadovla görüşü zamanı razılaşmaların həyata keçirilməsinə nəzarətin və iki…

Daha çox

“Toplumsal məsələlərimizin müxtəlif sahələrində müdafiəedici yanaşmalar ortaya qoymaqdayıq”

“Türkiyə olaraq, toplumsal məsələlərimizin müxtəlif sahələrində müdafiəedici və davamlı yanaşmalar ortaya qoymaqdayıq”. SİA xəbər verir ki, bu sözləri Türkiyənin Ailə və Sosial Xidmətlər Naziri Manihur Özdemir Göktaş “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” mövzusunda tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ailə və cəmiyyətin əsas sütunlarını möhkəmləndirməyə yönəlmiş sosial siyasət yanaşmalarını inkişaf etdiririk: “Bu çərçivədə, akkreditə olunmuş ailə məsləhət xidməti modellərindən tutmuş, gənclərə yönəlik evlilik və konfliktlərin qarşısının alınmasına dair maarifləndirmə proqramlarına, işləyən fərdlərin ailə həyatını dəstəkləyən təşəbbüslərdən tutmuş milli dəyərlərə əsaslanan qayğı və dəstək modellərinə qədər…

Daha çox

Türk dövlətlərində ailə dəyərlərinin qorunması üçün birgə fəaliyyəti vacib hesab edirik

Dünyada baş verən neqativ hadisələrin ailələr üçün yaratdığı çətinliklər diqqətə çatdırılıb. SİA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin II iclası çərçivəsində keçirilən “Güclü ailələr, güclü toplumlar:TDT ölkələrində ailəni dəstəkləkləyici siyasətlər” adlı tədbirdə danışıb. Onun sözlərinə görə, ailə dəyərlərinin qorunması sadəcə, mədəni məsələ deyil: ” Azərbaycan olaraq bu reallıqları ciddi qəbul edirik. Dövlət Komitəsi olaraq ölkədə bu sahə üzrə imkanlarımızı səfərbər edərək genişəhatəli işə cəlb…

Daha çox

Lanzhouda mühüm əməkdaşlıqlara imza atılıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir. Səfərin məqsədi təhsilin keyfiyyətinin artırılması, tədqiqatların stimullaşdırılması, müasir təhsil texnologiyalarının (EdTech) tətbiqi və yeniliklər sahəsində Çin universitetlərinin təcrübəsi ilə tanış olmaq, bu istiqamətdə faydalı əməkdaşlıqlar qurmaq, eləcə də çinli gəncləri UNEC-də təhsil cəlb etmək olub. Səfərin ilk günündə UNEC nümayəndə heyəti Lanzhou Şimal-Qərb Normal Universitetində (Northwest Normal University) olub. 31 min tələbənin təhsil aldığı və MBA proqramı üzrə Çinin ən yaxşı universitetlərindən olan LŞQNU ilə UNEC arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub. Müzakirələrin…

Daha çox

Türkiyə KAAN qırıcılarını İndoneziyaya ixrac etmək niyyətindədir

Türkiyə beşinci nəsil KAAN qırıcılarını İndoneziyaya ixrac etmək niyyətindədir. SİA xəbər verir ki, bununla bağlı sazişin imzalanacağını ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan anons edib. Onun sözlərinə görə, razılaşma çərçivəsində Türkiyə İndoneziyaya 48 ədəd KAAN təyyarəsi – ilk milli istehsal olan türk qırıcısını tədarük edəcək.

Daha çox

TDT-nın Ailə və Sosial Siyasət üzrə ekspertlərin görüşü olub

Bu gün Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin II iclası çərçivəsində ekspertlərin görüşü baş tutub. SİA xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Qazaxıstandan olan müvafiq sahə üzrə ekspertlər bir araya gəliblər. Görüşdə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” mövzusunda müzakirələr aparılıb. Ekspertlər ailə institutunun gücləndirilməsi, sosial siyasətin inkişafı və ortaq yanaşmaların formalaşdırılması istiqamətində fikir və təkliflərini səsləndiriblər. Qeyd edək ki, bu kimi görüşlər Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadiləsinin aparılması baxımından…

Daha çox

13 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolu əsaslı təmir olunacaq. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, on iki min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəh- mədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin…

Daha çox

Qurtuluş günümüz – Zəfər günümüz!

Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyevin respublikamıza 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinə ən önəmli inkişaf mərhələsi kimi daxil olmuşdur. Ulu Öndərin istər sovetlər dönənində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərdə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdü. Etiraf olunmalıdır ki, Azərbaycan 1969-cu ilədək ciddi tənəzzül meyilləri ilə üz-üzə idi. Bu tənəzzülün əsasında ayrı-ayrı sahələrdə idarəetmənin düzgün təşkil edilməməsi, o cümlədən mövcud potensialdan səmərəli istifadə olunmaması kimi səbəblər dururdu. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən…

Daha çox

Müxalifəti qara günə Əli Kərimli qoydu

Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycanın dağıdıcı müxalifəti özünün tənəzzül dövrünü yaşayır. Yaxın günlərdə bu üzdəniraq müxalif təşkilatlar və onların satqın rəhbərləri tarixin arxivinə göndəriləcəklər. Bununla da siyasi arena daha bir neçə naqislərdən xilas olacaq. Müxalifətdə olmaq dövlətə müxalifətçilik də olmaq deyil. Cəmiyyətin inkişafına, demokratik proseslərin sürətləndirilməsinə dəstək verilməsi müxalifət partiyalarının başlıca amalı və prinsipi olmalıdır. “Siyasi partiyalar haqqında qanuna” və digər qanunvericilik aktlarına görə də mövqeyindən asılı olmayaraq bütün siyasi partiyaların fəaliyyət istiqamətləri və hədəfləri açıq şəkildə göstərilib. Təəssüflər olsun ki, Azərbaycanın dağıdıcı müxalifəti qanunvericilik aktlarını pozmaqla yanaşı, ictimai…

Daha çox