PAŞA Bankın mətbuat konfransı keçirilib

“Four Seasons” mehmanxanasında PAŞA Bankın 2024-cü il üzrə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. PAŞA Bankın marketinq direktoru Zara İbrahimzadə tədbir iştirakçılarını salamlamış və mətbuat konfransını açıq elan etmişdir. PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev 2024-cü ilin yekunları haqqında “ İllik nəticələr və strateji baxış “ mövzusunda məruzə etmişdir. Bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov 2024-cü il üzrə maliyyə nəticələri, Bankın İdarə Heyətinin üzvü, baş risk inzibatçısı Pərvin Əhədzadə institusional bankçılıq və strateji risk, Bankın marketinq departamentinin direktoru Zara İbrahimzadə korporotiv sosial məsuliyyət barədə çıxışlar…

Daha çox

Sabah Lənkəranın 12 kənd və 1 qəsəbəsində qaz olmayacaq

Sabah Lənkəran rayonunun 12 kənd və 1 qəsəbəsində qaz təchizatı dayandırılacaq. Bu barədə SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə xəbər istinadən verir. Bildirilib ki, Lənkəran rayonunun Xarxatan qaz paylayıcı stansiyasında istismara yararsız olan iki qaz tənzimləyici qurğunun demontaj edilməsi və həmin hissəyə diametri 108 mm-lik borunun qaynaq edilməsi planlaşdırılır. Bu işlər iyunun 12-də saat 10:00-da başlayacaq və tamamlanana qədər davam edəcək. İşlər aparıldığı müddətdə 9 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Daha çox

İpoteka və Kredit Zəmanət Fondunda yeni təyinat

İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinə yeni rəis təyin olunub. SİA-nın əldə etdiyi məlumata görə, bu vəzifə Anar Cəbrayıllıya həvalə edilib. O bu vəzifədə “Report” İnformasiya Agentliyinin baş redaktoru vəzifəsinə təyinat almış həmkarı Namiq Mailovu əvəz edib. Xatırladaq ki, Anar Cəbrayıllı uzun illər ləğv edilmiş “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi olub.

Daha çox

Səfərbərlik Xidməti işə qəbulla bağlı müsabiqə elan edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işə qəbulla bağlı müsabiqə elan edib. Bu barədə SİA-ya SHXÇDX-dən məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə və mülki işə qəbul qaydaları”na əsasən həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən vətəndaşlar SHXÇDX-də fəaliyyət göstərən “Müsahibə komissiyası”nın müsbət rəyindən, fiziki hazırlıq səviyyəsi (qadınlar istisna olmaqla), sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığı müəyyənləşdirildikdən, mülki işə qəbul olunmaq istəyən vətəndaşlar isə “Müsahibə komissiyası”nın müsbət rəyindən sonra test imtahanında iştirak etməsi üçün adları Dövlət İmtahan Mərkəzinə təqdim…

Daha çox

İllik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir

Azərbaycanda illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, bu ilin aprel ayında 12 aylıq inflyasiya 6,3 %, aylıq inflyasiya isə 0,3 % təşkil edib. İllik qiymət artımı ərzaq malları və xidmətlər üzrə 7,6 %, qeyri-ərzaq malları üzrə isə 2,7 % təşkil edib. İllik baza inflyasiya isə 4,8 % olub. Son aylarda inflyasiyaya təsir edən xarici amillər üzrə qeyri-müəyyənliklər yüksək olaraq qalır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin aprelində əmtəə qiymətləri indeksi aylıq 1 %, illik isə 4,6…

Daha çox

DİN vətəndaşlara çağırış edir

Daxili İşlər Nazirliyi vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edir. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi əhalini diqqətli olmağa çağırır. “İyunun 10-da daxil olmuş müraciətlər əsasında aparılan araşdırmalar zamanı bir sıra şəxslərin bank hesablarından qanunsuz olaraq pul vəsaitlərinin çıxarıldığı müəyyən edilib. Oğurluq faktları üzrə 1141, 500, 400, 336, 132 AZN və 1113 ABŞ dolları məbləğlərinin ələ keçirildiyi müəyyən olunub. Vətəndaşlara bir daha xatırladılır ki:…

Daha çox

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb. “Bu qərar faktiki inflyasiyanın proqnoz inflyasiya trayektoriyasına uyğunluğu, proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslərin mümkün təsirləri, daxili makroiqtisadi vəziyyət, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib”, – AMB bəyan edib. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə iyulun 23-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı…

Daha çox

Gələn həftə Yay fəsli daxil olacaq

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından SİA-ya verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünəcək. Həmin gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.…

Daha çox