Bakıda məsul qurumların rəhbərlərinin ikinci iclası keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasının açılış mərasimi keçirilir. SİA xəbər verir ki, “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusuna həsr olunmuş tədbirdə təşkilata üzv ölkələrin rəsmi nümayəndələri iştirak edirlər. İki gün davam edəcək tədbirin ilk günündə TDT-yə üzv ölkələrin nümayəndə heyətlərindən ibarət ekspertlərin iştirakı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” və “Orta Dəhliz 360 dərəcə: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” kimi mövzular müzakirə ediləcək.

Daha çox

Azər Məmmədov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsal Birliyinin baş direktoru Azər Məmmədov Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək. SİA “Azəriqaz”a istinadən xəbər verir ki, qəbul iyunun 13-də saat 11:00-da YAP-ın inzibati binasında (Heydər Əliyev prospekti 22) baş tutacaq. Görüş zamanı Kürdəmir, Ucar və Zərdab rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 050-845-75-15; 070-244-58-20) müraciət edə bilərlər.

Daha çox

Vergi ödəyicilərinin sayı 4 %-dən çox artıb

Bu il iyunun 1-nə Azərbaycanda 1 625 480 vergi ödəyicisi olub. SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 4,4 % çoxdur. Vergi ödəyicilərinin 86,9 %-i fiziki şəxslər, 13,1 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fərdi sahibkarların sayı 3,9 %, şirkətlərin sayı isə 7,7 % artıb. Mayın sonuna ölkədə 196 485 kommersiya qurumu olub. Bu isə 1 il əvvələ nisbətən 8,3 % çoxdur. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,1…

Daha çox

Azərbaycan Özbəkistanda turizm kompleksi yaradacaq

Azərbaycan və Özbəkistan arasında turizm sahəsində əməkdaşlıq çərçivəsində bu ölkənin Çarvaq su anbarının sahilində “Sea Breeze Uzbekistan” turizm kompleksi yaradılması üzərində iş aparılır. SİA xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunmuş “Azərbaycan – Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru” panel sessiyasında bildirib. Onun sözlərinə görə, layihənin icrası üçün artıq təxminən 600 hektar torpaq sahəsi ayrılıb. “Bu ilin aprel ayında layihənin baş planı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim olunub”, – deyə icraçı direktor qeyd edib. Bundan başqa, o…

Daha çox

Bazardan geyim və əşya alarkən qəbz niyə verilmir?

“Bazarlarda geyim və əşya alarkən – xüsusilə də siz yəqin bəzi ticarət mərkəzlərini nəzərdə tutursunuz – qəbzin (qaimənin) verilməməsi bilavasitə qanunvericiliyin pozulmasıdır. Bu, vergi öhdəliklərindən yayınma halı kimi qiymətləndirilir. Belə hallarda inzibati xəta baş verir və həmin satıcı cərimə olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında İqtisadi və Sosial Araşdırmalara yardım İB sədri, iqtisadçı tədqiqaçı Eyyub Kərimli deyib. Eyyub Kərimli sözlərinə belə davam edib: “Hər bir alıcının istənilən alış zamanı qəbz tələb etmək hüququ var. Bu, onun qanuni haqqıdır. Əgər alıcı bu cür hallarla qarşılaşarsa – yəni qəbz verilmirsə – aidiyyəti qurumlara,…

Daha çox

“Silahlı Qüvvələr Azərbaycan xalqı üçün ümid yeridir”

“26 iyun Azərbaycan tarixinin ən şanlı günlərindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, bu bayram tariximizin ən qürurverici və ən dəyərli bayramlarından sayılır: “Çünki bu, bizim ordumuzun, silahlı qüvvələrimizin bayramıdır. Silahlı Qüvvələr Azərbaycan xalqı üçün ümid yeridir və onlar bunu 44 günlük Vətən müharibəsində bütün dünyaya göstərdilər. Bu gün isə ordumuz daha da güclüdür. Son araşdırmalara əsasən, Azərbaycan Silahlı Qüvvələri dünya orduları sırasında öncül yerlərdən birini tutur. Hər gün Azərbaycan ordusunun döyüş qabiliyyəti, maddi-texniki bazası və inkişafı ilə bağlı xəbərlər eşidir və oxuyuruq.…

Daha çox

“Problemin qarşısını almaq üçün bir neçə istiqamətdə işlər görülə bilər”

“Bakıda bəzi yollar var ki, bu yollar sürücüləri istər-istəməz cərimələrlə üz-üzə qoyur. Bu halların yaşanmasının əsas səbəbləri arasında yol nişanlarının kifayət qədər aydın və vaxtında yerləşdirilməməsi, bəzi küçələrdə hərəkət istiqamətinin tez-tez və xəbərdarlıq edilmədən dəyişdirilməsi, sürücülərin yeni qaydalardan yetərincə məlumatlı olmaması və bəzi hallarda kameraların olduqca strateji, lakin mübahisəli mövqelərdə yerləşdirilməsi dayanır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, bir çox sürücü, xüsusilə şəhərdə yeni hərəkət edənlər və ya əraziyə bələd olmayanlar, bilmədən qaydanı pozur və cərimələnirlər. Bu problemin qarşısını almaq üçün bir…

Daha çox

“Sərnişinlər bəzən avtobusda özlərini saunada otururmuş kimi hiss edirlər”

“Bakının ictimai nəqliyyat sistemində, xüsusilə yay aylarında ən çox narazılıq doğuran məsələlərdən biri avtobusların içərisinin istixana şəraitini xatırlatmasıdır. Sərnişinlər bəzən avtobuslarda sanki saunada otururmuş kimi hiss edirlər. Bu hal təkcə narahatlıq yaratmaqla qalmır, eyni zamanda insanlar üçün sağlamlıq baxımından da ciddi risklər doğurur – xüsusən yaşlılar, uşaqlar və ürək-damar problemi olan şəxslər üçün”. Bu sözləri SİA-ya açıqlamasında texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri kondisioner sistemlərinin işləməməsi və ya ümumiyyətlə olmamasıdır. Bir çox köhnə avtobus modellərində kondisioner sistemi quraşdırılmayıb: “Yeni…

Daha çox

Bakıda “Özbəkistan” parkı salınacaq

Bakıda “Özbəkistan”, Daşkənddə isə “Azərbaycan” parklarının salınması planlaşdırılır. SİA xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunmuş “Azərbaycan – Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru” panel sessiyasında bildirib. “Bu parklar xalqlarımız arasında dostluğun və qarşılıqlı hörmətin simvoluna çevriləcək. İyunun əvvəlində Daşkəndin meri, eyni zamanda mənim yaxın dostum cənab Şavkat Umurzakov Bakıda işgüzar səfərdə idi. Səfər çərçivəsində paytaxtın Ağ Şəhər ərazisində “Özbəkistan” parkının inşa ediləcəyi əraziyə baxış keçirildi. Buna cavab olaraq, bu ayın sonunda Azərbaycan nümayəndə heyətinin Daşkəndə səfəri…

Daha çox