…ABŞ prezidenti Donald Trampın siyasətinin əleyhdarları Vaşinqtonda hərbi paradın keçiriləcəyi gün, iyunun 14-də keçirilməsi planlaşdırılan “No Kings” aksiyası çərçivəsində ölkə daxilində kütləvi nümayişlər elan ediblər.
SİA xəbər verir ki, bu barədə tədbirin saytında yer alan məlumatda deyilir.
…“No Kings milli itaətsizlik günü deyil,.. biz avtoritarizmi rədd etmək və dünyaya əsl demokratiyanın necə göründüyünü göstərmək üçün hərəkət edirik”, – vebsaytda deyilir.
200-dən çox vətəndaş fəalı qrupunun iştirak etdiyi etirazların bütün ştatlarda 1500-dən çox şəhərdə keçirildiyi bildirilir. İyunun 14-də Vaşinqtonda ABŞ ordusunun 250 illiyi və prezident Donald Trampın anadan olmasının 79-cu ildönümü münasibətilə keçiriləcək hərbi paradda 6600 hərbçi, 50 təyyarə və 150 quru texnikası, o cümlədən iyirmi M1 Abrams tankı iştirak edəcək.
Reuters-in məlumatına görə, logistika və təhlükəsizlik səbəbindən son xərc 45 milyon dollara çata bilər. İyunun 6-da ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) qeyri-qanuni mühacirləri müəyyən etmək üçün keçirdiyi reydlə əlaqədar Los-Ancelesdə etirazlar başlayıb.
Nümayişlər bu günə qədər davam edir, etirazlar hər gün daha da aqressivləşir. Məlumata görə, Los-Ancelesdəki etirazçılar onlarla müəssisəni qarət edib və yerli biznesə milyonlarla dollar ziyan vurub.
Əli Babayev