ABŞ generalı Tramp üçün İrana zərbə planı hazırlayır…





O, bu barədə Konqresə məlumat verib…



…ABŞ-ın Yaxın Şərq üzrə Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla ABŞ Nümayəndələr Palatasında İrana zərbə endirmək planını hazırladığını bildirib.

SİA-nın məlumatına görə, “The Times of Israel” xəbər verir ki, o, bunu müdafiə naziri Pit Heqsete və prezident Donald Trampa təhvil verib.

Bundan əvvəl prezident Tramp Vaşinqton və Tehran arasında nüvə danışıqları nəticə verməsə, İrana zərbə endirməsinə icazə vermişdi.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin iclasında Kurilladan komandanlığın bu vədi yerinə yetirməyə hazır olub-olmaması soruşulub. O da cavab verib ki, zərbə vurmağa hazıram.

…Mən müdafiə nazirinə və prezidentə geniş imkanlar vermişəm.

Generalın sözlərinə görə, İran belə bir qərar qəbul edildikdən sonra bir həftə ərzində 25 kiloqram silah istehsal edən uran istehsal etmək gücünə malikdir.

Çinin ballistik raket üçün ilk nüvə başlığı 16 kiloqram urandan ibarət idi və partlayıcı məhsuldarlığı 12 kiloton idi.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların altıncı raundu iyunun 15-də Maskatda baş tutacaq.

Vaşinqton Tehrandan uranın zənginləşdirilməsi proqramından tamamilə imtina etməyi tələb edir.

İran təklifi qəbuledilməz hesab edir, lakin sanksiyaları ləğv etmək üçün onu məhdudlaşdırmağa hazırdır.

Tramp çərşənbə axşamı Fox News-a deyib ki, İran danışıqlarda bir neçə gün əvvəl olduğundan daha aqressivdir və bunun səbəbini bilmir.

İran lideri Ayətullah Xamenei həmin gün deyib ki, nüvə yanacağını zənginləşdirmək “hər bir suveren dövlətin haqqı kimi İranın ayrılmaz hüququdur” və İran xalqı bundan imtina etməyəcək.

“Middle East Spectator” ayətullahdan sitat gətirir: “Biz bu dağdan enməyəcəyik”.

Əli Babayev

Əlaqəli Xəbərlər