…Onun keçmiş komandiri Romanın necə ömürlük həbs cəzası ala biləcəyini anlamaq üçün müxtəlif ölkələrin qanunlarını öyrəndiyini deyib. Komandirin sözlərinə görə, o, gəncin psixi vəziyyətində nəyinsə səhv olduğunu çoxdan hiss edib.
SİA-nın məlumatına görə, martın sonunda Amsterdamın mərkəzində yoldan keçənlərə bıçaqla hücum edən və 5 nəfəri yaralayan şəxsin 2025-ci ilin yanvarında fərarilik etmiş Ukrayna Silahlı Qüvvələrinin əsgəri olduğu üzə çıxıb və o, Avropa həbsxanasına düşmək arzusunda olub.
…NOS-un məlumatına görə, Amsterdamın mərkəzində yoldan keçən 5 nəfəri bıçaqlayan ukraynalı Roman D. Ukrayna Silahlı Qüvvələrinin üzvü olub.
O, yanvar ayında Çexiyada yaşayan anasına baş çəkmək üçün məzuniyyət istəyib, lakin bunun əvəzinə Hollandiyaya gedib. Keçmiş həmkarları Romanın Avropa həbsxanasına düşmək istədiyini dəfələrlə dediyini söyləyiblər.
Onun keçmiş komandiri Romanın necə ömürlük həbs cəzası ala biləcəyini anlamaq üçün müxtəlif ölkələrin qanunlarını öyrəndiyini deyib.
Komandirin sözlərinə görə, o, gəncin psixi vəziyyətində nəyinsə səhv olduğunu çoxdan hiss edib.
Roman, Norveçdə bir adamı öldürmək və orada həbsxanaya düşmək istədiyini və “həyatının qalan hissəsinin qayğısına qalacağını” söyləyib.
Lakin hərbçilər onun sözlərini ciddi qəbul etməyiblər. Romanın keçmiş yoldaşları əlavə ediblər ki, əsgər 2023-cü ildə qumbara partlaması zamanı ağır beyin sarsıntısı keçirib və o vaxtdan bəri şiddətli başgicəllənmədən əziyyət çəkib. Son zamanlar bu adam radikal İslam, kriptovalyuta və İlon Maskın fəaliyyəti ilə maraqlanmağa başlayıb.
Martın 27-də Amsterdamın mərkəzində Dam meydanı yaxınlığında bir nəfər bıçaqla yoldan keçənlərə hücum edib. Beş nəfər yaralanıb.
Hücum edənin Ukraynadan olan 30 yaşlı kişi olduğu üzə çıxıb. Hollandiya prokurorları hücumçunun terror niyyəti ola biləcəyini bildiriblər.
Əli Babayev