Azərbaycan İtaliyanın Triest şəhəri ilə əlaqələrin inkişafında maraqlıdır


Azərbaycan İtaliyanın Triest şəhəri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə SİA-ya Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun “X” sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat verir.

Azərbaycanlı diplomat bu məsələni Triest şəhərinin meri Roberto Dipiazza ilə görüşdə müzakirə edib.

“Triest şəhərinin meri Roberto Dipiazza ilə görüşməkdən və bu gözəl şəhərlə Azərbaycan şəhərləri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə etməkdən məmnun oldum. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Triest limanı arasında artıq mövcud olan və yüksələn xətlə inkişaf edən mühüm tərəfdaşlığı ayrıca qeyd etmək istərdim”, – R.Aslanov yazıb.

Əlaqəli Xəbərlər