Bu ilin oktyabr ayında Bakıda “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün” adlı beynəlxalq konfrans keçiriləcək. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bildirilib ki, tədbir ƏƏSMN-nin tabeliyindəki DOST Agentliyi tərəfindən təşkil olunacaq.
Konfrans süni zəka, texnoloji transformasiya və insan cəmiyyəti sahələrində ixtisaslaşmış dövlət rəsmilərini, yerli və beynəlxalq ekspertləri, alimləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.
SOCGOV 2025 süni zəkanın cəmiyyətin sosial həyatına təsiri və sosial transformasiya sahəsində aktual mövzuların müzakirə olunacağı nüfuzlu platformasına çevriləcək.
Konfransın hər il keçirilməsi və beynəlxalq ənənəyə çevrilməsi planlaşdırılır.