MOK-da qanvermə aksiyası təşkil olunub


Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyinin tabeliyindəki Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi qanvermə aksiyası təşkil olunub. SİA xəbər verir ki, tədbir MOK-un inzibati binasında keçirilib.

Aksiyada MOK rəsmiləri, idmançılar, həmçinin idman ictimaiyyətinin bir sıra nümayəndələri və digər rəsmi şəxslər iştirak edib. Aksiya talassemiyadan əziyyət çəkən uşaqlar üçün keçirilir.

Qeyd edək ki, “Həmrəy olaq, qanımızla yaşadaq” adlı aksiya 14 İyun – Beynəlxalq Qan Donorluğu Gününə həsr olunub.

Əlaqəli Xəbərlər