Bakıda və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən havanın temperaturu gecə 20-22° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim…
Daha çoxDay: June 12, 2025
Əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib
Vətəndaşların əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib. Bu barədə SİA-ya Şirvan şəhər Prokurorluğundan məlumat verilib. “HŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin Şirvan şəhəri ərazisində çoxmərtəbəli binalarda santexnik-fəhlə işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib. Faktla bağlı Şirvan şəhər prokurorluğunda MMC və MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən…
Daha çoxTokayev TDT dövlət başçılarının qeyri-rəsmi görüşünün Qazaxıstanda keçirilməsini təklif edib
Prezident Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının növbəti qeyri-rəsmi görüşünün Qazaxıstanda keçirilməsini təklif edib. SİA-nın “Akorda”ya istinadən veridiyi məlumata görə, bu barədə Qazaxıstan Prezidenti TürkPA-ya üzv ölkələrin parlament sədrlərinin görüşündə bildirib. “Macarıstanda TDT dövlət başçılarının bu yaxınlardakı qeyri-rəsmi görüşü məhsuldar olub. Qazaxıstan bu müsbət tendensiyanın davam etdirilməsində maraqlıdır. Bu baxımdan mən növbəti zirvə toplantısının Qazaxıstanda keçirilməsini təklif etdim”, – K.Tokayev vurğulayıb. O bildirib ki, ölkə Parlament Assambleyasının təşəbbüslərini dəstəkləyir və türk inteqrasiyasına öz töhfəsini verməyə hazırdır: “Qazaxıstan Türk Dövlətləri Təşkilatının təsisçilərindən biridir. Biz hesab edirik ki, bu qurum…
Daha çox200 mindən çox şəxs aktiv məşğulluğa cəlb olunub
Bu ilin yanvar-may aylarında 200,7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Məlumata əsasən, onlardan 59 min şəxs münasib işlərlə təmin olunub, 7,5 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Cari ilin 5 ayında 4,7 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 129,5 min şəxsə peşəyönümü xidmətlər göstərilib.
Daha çoxAvtobus zolaqlarında avtomobildən minib-düşmək üçün xüsusi yerlər yaradılır
Bakıda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilir ki, bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir. “Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır”, – AYNA qeyd edir.
Daha çox5 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği
Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 78,319 milyon manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Bundan başqa, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçıların ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul…
Daha çoxİlham Əliyev iclas iştirakçılarına müraciət edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının iştirakçılarına məktub ünvanlayıb. SİA xəbər verir ki, mətni Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdir Fərəh Əliyeva səsləndirib. Məktubda deyilir: “Hörmətli iclas iştirakçıları! Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda Bakı şəhərində keçirilən ikinci iclasının öz işinə başlaması…
Daha çoxLisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub
Azərbaycan Mərkəzi Bankı (AMB) qanunla müəyyən edilmiş qaydada lisenziya alınmadan ödəniş xidmətlərinin göstərilməsi faktı aşkar edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna uyğun olaraq həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Katech” QSC-nin lisenziya almadan ödəniş xidmətləri göstərdiyi üzə çıxıb. Müvafiq pozuntu halı ilə əlaqədar şirkət barədə “Mərkəzi Bank haqqında” qanununun 51.3-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 62.10-cu maddələrində nəzərdə tutulan tədbirlər görülüb, o cümlədən quruma ödəniş xidmətlərinin göstərilməsinin dərhal dayandırılması barədə bildiriş göndərilib.
Daha çoxVyanada Azərbaycan-Avstriya iqtisadi komissiyasının 11-ci iclası keçirilib
Vyanada Azərbaycan-Avstriya iqtisadi, kənd təsərrüfatı, sənaye, texniki və texnoloji əməkdaşlıq üzrə birgə komissiyasının 11-ci iclası keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəylinin “X” sosial şəbəkə hesabında bildirilib. Məlumata görə, iclas iyunun 11-də keçirilib. Həmin gün Vyanada iki ölkənin biznes nümayəndələrinin iştirakı ilə işgüzar dəyirmi masa da baş tutub. “Bu, ikitərəfli münasibətlərin inkişafını nəzərdən keçirmək üçün yaxşı fürsətdir. Bizim ikitərəfli iqtisadi əməkdaşlığımız çoxşaxəlidir. Buraya inşaat, kənd təsərrüfatı, nəqliyyat, tibbi texnologiyalar, xidmətlər, energetika, turizm və digər sahələrdə əməkdaşlıq daxildir. Bu isə ikitərəfli münasibətlərin dinamikliyini və inkişafını vurğulayır”,…
Daha çox“Uşaqlarla peşəkar əlaqə” adlı multidissiplinar konfrans keçirilib
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2025-ci il üçün Tədbirlər Planına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayon İcra Hakimiyyətində “Uşaqlarla peşəkar əlaqə” adlı multidissiplinar konfrans keçirilib. SİA xəbər verir ki, konfransın əvvəlində Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib. “Uşaqların həyata dair baxışı sosial-ictimai mühitdə” adlı plenar iclasda ilk olaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək tədbirin əhəmiyyətini…
Daha çox