Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kimqu ilə Kiyev və Seul arasında ikitərəfli əməkdaşlığı müzakirə edib. SİA xəbər verir ki, bu barədə Y.Qusev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Biz dəstəyin genişləndirilməsi və ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə etdik”, – o bildirib. Y.Qusev həmçinin həmkarına Cənubi Koreyanın Azərbaycandakı səfiri kimi uğurlar arzulayıb.
Daha çoxDay: June 12, 2025
Nümayəndə heyətimiz Urmiyada beynəlxalq konfransda iştirak edib
İyunun 12-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədlinin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində keçirilən “Qərbi Azərbaycan investisiya imkanlarına dair” beynəlxalq konfransda iştirak edib. SİA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyindən bildirilib. Konfransda Qərbi Azərbaycan valisi-ostandarı Reza Rahmani investisiya imkanları barədə geniş məlumat verib. Qərbi Azərbaycanın investisiya imkanları ilə bağlı çıxış və müzakirələr dinlənilib, videotəqdimatlar olub, əməkdaşlıq məsələləri müzakirə edilib. Konfrans çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədlinin…
Daha çoxUğursuz müqayisə və yekun
Rusiyanın başlatdığı müharibə Ukrayna ərazilərinin işğalı ilə davam etməkdədir. Beynəlxalq münasibətlər sistemində baş verən çatlardan istifadə edən Moskva Kiyevə öz şərtlərini diqtə etməyə çalışır. Qanunsuz olaraq ələ keçirdiyi ərazilərin de-yure ona məxsus olduğunu bəzi ölkələrin təsdiq etməsi üçün onlara təzyiqlərini artırıb. Əgər əvvəllər SSRİ-nin ləğvinin qanunsuz olduğunu ara-sıra səsləndirirdisə, bu gün Moskva açıq tekstlə sovetlər birliyinin bərpa olunmasının vacibliyini qeyd edir, postsovet ölkələrini seçim qarşısında qoymağa çalışır. Həm də bunu müxtəlif bəhanələrlə edir, o cümlədən keçmiş “qardaş respublikalar”a fərqli yanaşmalarla nəticə əldə etmək istəyir. “Nüvə müharibəsi Ukrayna münaqişəsinin sülh bağlamadan…
Daha çoxSankt-Peterburqda retro tramvay yanıb…
Sankt-Peterburqun Suvorovskaya meydanında “Dostoyevski” retro tramvayı yanıb. SİA xəbər verir ki, bu barədə “78” Telegram kanalı məlumat yayıb. Yayımlanan videoya əsasən, tramvayın damı yanır və qatı tüstü səmaya qalxır. Sərnişinlər sürətlə tramvayı tərk ediblər. Təcili yardım xidmətləri yanğını söndürməyə başlayıb. Hadisənin səbəbləri aydınlaşdırılır. Ötən il Sankt-Peterburqda sərnişinləri daşıyan tramvay marşrutla hərəkət edərkən yanıb. Yanğın Həmrəylik prospektində, Kollontay küçəsi ilə kəsişməyə yaxın ərazidə baş verib. Sərnişinlər kabinədən qaçıblar. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürmək üçün vaqonun damına çıxmalı olublar. Yanğın tramvayın qarşısında, sürücü kabinəsinin yaxınlığında baş verib. Kabinənin üstündən qatı qara…
Daha çoxArtıq taksi sürücüləri cərimələnməyəcəyək
Avtobus zolaqları paytaxtın bir çox yerlərində şəhərdaxili avtobusların rahat maneəsiz hərəkətinə şərait yaratsa da, taksilər və minik avtomobilləri üçün sərnişinləri mindirib-düşürməklə bağlı müəyyən çətinlik yaradırdı. Artıq bu problem də aradan qaldırıldı və avtobus zolaqlarında minmə düşmə məntəqəsi yaradıldı. Bəs maraqlıdır sürücülər bu yerlərə daxil olarkən nələrə diqqət etməlidir? SİA-nın məlumatına görə, daha ətraflı AZƏRTAC-ın videosüjetində.
Daha çoxAzərbaycan İordaniya ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır
Azərbaycan İordaniya Krallığı ilə ticari-iqtisadi əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Jordan News Agency” nəşrinə bildirib. H.Hacıyevin sözlərinə görə, iki ölkə arasında möhkəm, çoxillik və həqiqətən qardaş münasibətləri formalaşıb. O, Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah arasında davamlı dialoqu xüsusi qeyd edərək, liderlər arasındakı əlaqələri “ikitərəfli əməkdaşlığın təməl daşı” adlandırıb. Prezidentinin köməkçisi İordaniya vəliəhd şahzadəsi Əl-Hüseyn bin Abdullanın keçən il Bakıya səfərinin və onun BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu…
Daha çoxPutin Rusiyanın əsas gücündən danışıb…
Rusiyanın ölməzliyi, ölkənin keçdiyi sınaqlara baxmayaraq, onun qələbələrində özünü göstərir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu dövlət başçısı Vladimir Putin “Qəhrəmanların vaxtı” proqramının iştirakçıları ilə görüşü zamanı deyib. Prezident deyib ki, Əmək Qəhrəmanı fəxri adı laureatlarının təltif edilməsi və dövlət mükafatlarının təqdim edilməsi mərasimindən sonra yazıçı Aleksandr Proxanovla söhbət edib. Rusiya lideri qeyd edib ki, o, müzakirə üçün çox maraqlı bir mövzu qaldırıb və ondan günün əsas ideyasının ölkə üçün nə olduğunu soruşub. …Deyirəm: maraqlıdır. Ölümsüzlükdə. Və bəlkə də bu, təkcə bu günə deyil, ümumilikdə Rusiyaya aiddir. Rus…
Daha çox“Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır”
“Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib. O bildirib ki, hazırda keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün genişmiqyaslı tədbirlər görülür: “”Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə yenidən doğma yurdlarında məskunlaşırlar. Qarabağın dirçəldilməsi…
Daha çox“Rusiya iqtisadiyyatı çatlayır…”
“Hərbi keynsçilik” Kremli xilas edə bilmədi… Rusiya iqtisadiyyatı, görünən sabitliyinə baxmayaraq, ciddi stress əlamətləri göstərməyə başlayır. SİA-nın məlumatına görə, bunu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin son məlumatları və müstəqil ekspertlərin hesablamaları sübut edir, Financial Times yazır. Ukraynanın tammiqyaslı işğalından sonra Putin rejimi bütün mövcud daxili və xarici resursları səfərbər edərək “keynsçiliyin hərbi versiyası” adlandırılan şeyi tətbiq etdi. Lakin bu gün bəlli olur ki, artıq ehtiyat yoxdur və qeyri-hərbi sənaye sahələrinə dəymiş ziyan getdikcə daha aydın görünür. …İşçi qüvvəsi azalır: Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi hesab…
Daha çoxMilli Qurtuluş Azərbaycan tarixinin dönüş nöqtəsidir
İyunun 12-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı, Səbail Rayon İcra Hakimiyyəti və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti və Milli Qurtuluş Gününə dair videoçarx nümayiş etdirilib. Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında Milli Qurtuluş Gününün Azərbaycan üçün dönüş nöqtəsi olduğunu vurğulayıb. O bildirib…
Daha çox