Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Yeni marşrut şəbəkəsi sayəsində şəhər və ətraf qəsəbələr üzrə ictimai nəqliyyata əlçatanlığın artırılması nəzərdə tutulur. SİA-nın məlumatına görə, AYNA-dan bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə Gəncə şəhəri üzrə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli şəhərdaxili, G1 və G2 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır. Sənədlər 11 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul…
Daha çoxDay: June 12, 2025
Prezident Böyük Britaniyanın Baş nazirinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə başsağlığı məktubu ünvanlayıb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı məktubda qeyd edib: “Hindistanın Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır anlarda dərdinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Daha çoxFlorida qubernatoru sürücülərə etirazçıların üstünə sürməyə icazə verdi?…
…Florida qubernatoru Ron DeSantis sürücülərə avtomobillərini mühasirəyə alan iğtişaşçıların üzərinə sürməyə icazə verib. SİA-nın məlumatına görə, bu barədə Newsweek yazır. ABŞ-da prezident Donald Tramp administrasiyasının həyata keçirdiyi immiqrasiya siyasətindən əhalinin narazılığı səbəbindən etiraz dalğası artır. Los-Anceles, Vaşinqton, Sietl, Spokan və bir sıra başqa şəhərlərdə kütləvi etirazlar qeydə alınıb. Etirazçılar təhlükəsizlik qüvvələri ilə toqquşur, mağazaları qarət edir, butiklərin şüşələrini sındırır, avtomobilləri və zibil qablarını yandırır. Bunu jurnalistlər qeyd ediblər. Ron DeSantis: “Əgər siz maşın sürsəniz və bir izdiham avtomobilinizi bloklayaraq təhlükəsizliyinizi təhdid edərsə, qaza basmağa tam hüququnuz var. Kimsə yaralansa belə,…
Daha çoxAzərbaycanın taleyini dəyişən zəfər tarixi
12 iyun 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatında 15 iyun – Milli Qurtuluş günü münasibətilə “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri, qazilər, Ərazi Partiya Təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdən əvvəl Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib. İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid…
Daha çoxRusiya Serbiyanın Ukraynaya kömək etmək istəyini izah edir…
Əgər dünyada kimsə Ukrayna xalqına humanitar nöqteyi-nəzərdən dinc həyatı bərpa etməyə kömək etmək istəyirsə, bu, çətin ki, Rusiyaya xəyanət sayılır. SİA-nın məlumatına görə, Dövlət Dumasının deputatı Svetlana Jurova hesab edir. O, fikirlərini Lenta.ru ilə söhbətində bölüşüb. Daha əvvəl deputat Aleksey Juravlev Vuçiçin Ukraynaya səfərini dəyərləndirib. Parlamentarinin sözlərinə görə, bu gün Serbiya Qərbin tələb etdiyi şeyi edir. Yəqin ki, o qədər də tənqidi olmayacağam. Deyim ki, əgər dünyada kimsə Ukrayna xalqına kömək etmək istəyirsə, mən hərbi baxımdan deyil, humanitar nöqteyi-nəzərdən nəzərdə tuturam, bu başqa söhbətdir. Orada da elə insanlar var ki,…
Daha çoxSöhbət təkcə gülüşdən getmir
Son günlər süni intellekt vasitəsilə ağsaqqalların və ağbirçəklərin adından danışdırılan, amma heç də onlara yaraşmayan videolar sosial şəbəkələrdə yayılmağa başlayıb. Söhbət təkcə gülüşdən getmir – bu videolar uzun illərin təcrübəsini, hörmətini və dəyərini lağa qoyur. Bəs görəsən, cəmiyyət bu məsələyə necə baxır? Gənclər, orta və yaşlı nəsil bu süni videolar və ümumilikdə ağsaqqal dəyərləri haqqında nə düşünür? Bu mövzu ilə bağlı SİA-da vətəndaşların fikrlərini öyrənməyə çalışıb. Paytaxt sakini Əbdül Məmmədov: “Ağsaqqal olmaq bir məsuliyyətdir. Amma indi görürəm ki, sosial şəbəkələrdə bizim kimi insanları süni intellektlə danışdırırlar – həm də elə…
Daha çox“Müstəqilliyin əldə olunması ilə hər şey bitmədi”
“1985-ci ildən başlayaraq, xüsusilə 1986–1987-ci illərdə Azərbaycanın ictimai-siyasi həyatında dərin sarsıntılar və dönüş nöqtələri baş verdi. Sovet İttifaqının son illərində mərkəzi hakimiyyətin apardığı qeyri-ədalətli siyasət, xüsusilə Azərbaycanın maraqlarını nəzərə almadan verilən qərarlar, xalqın milli qüruruna, haqlarına və gələcəyinə ciddi təhdidlər yaratdı. Bu dövr, Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin başlanğıc nöqtəsi kimi qiymətləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun elmi işçisi, tarixçi alim Paşa Həsənli deyib. Onun sözlərinə görə, o vaxt hələ Azərbaycan müstəqil dövlət deyildi. Lakin SSRİ-nin tərkibində fəaliyyət göstərən Azərbaycan Sovet Sosialist Respublikası xalqımızın dövlətçilik tarixində əhəmiyyətli mərhələlərdən biri…
Daha çoxHindistanda qəzaya uğrayan təyyarədə sağ qalan iki nəfər tapılıb
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, indiyədək Hindistanın hüquq-mühafizə orqanları cümə axşamı, iyunun 12-də Əhmədabadda Air India şirkətinə məxsus Boeing 787-8 Dreamliner təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan iki nəfəri tapıb. Xəbər yenilənir. Əli
Daha çoxişğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparılır
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub. SİA xəbər verir ki, agentlikdən bildirilib ki, videoda radiasiya texnologiyaları, məhsulların sterilizasiyası, qamma şüalandırması və radionuklid analizi üzrə xidmətlər, müasir laboratoriya imkanları və eləcə də ölkəmizdə sahibsiz radioaktiv materialların axtarışı ilə bağlı ətraflı məlumat yer alıb. Qeyd edək ki, Nüvə tədqiqatları departamenti radionuklid analizləri, qamma şüalandırma, radiasiya cihazlarının quraşdırılması və təmiri, nüvə kriminalistikası sahəsində xidmət göstərir və radiasiya və nüvə texnologiyalarını tətbiq edərək ölkəmizdə radiasiya təhlükəsizliyinə tövhə verir. Departament tərəfindən mineral sular, qida və sənaye məhsullarının…
Daha çoxTarixin qurtuluş zirvəsi
Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində ziddiyyətli hadisələrlə, fəlakətli vəziyyətlərlə, ölüm-qalım sınaqları ilə üz-üzə qalıb, lakin heç zaman işıqlı sabaha, böyük Azərbaycan qurmağa olan mübarizəsindən əl çəkməyib. Əksinə, xalqımız üzləşdiyi sınaqlarla daha da mətnləşib, iradəli və qətiyyətli olub. Təəssüf hissi ilə onu vurğulamaq lazımdır ki, bəzən üzləşdiyimiz bəşəri faciələrin başlıca çatışmayan məqamı xalqın önündə getməyi və haqq mübarizəsində qalibiyyət yaşatmağı bacaran liderinin olmaması olub. Məhz lider problemi səbəbində 1918-ci il də qazanılan müstəqilliyin ömrü cəmi 23 ay çəkdi. Xalqımız müstəqilliyini itirsə də, yenidən toparlanmağı və dövlətçiliyini qurmaq mübarizəsini davam etdirməyə nail…
Daha çox