Prezident İlham Əliyev sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. SİA xəbər verir ki, fərmana əsasən, iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib: – orqanizmin funksiyalarının 81–100 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61–80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31–60 % pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat; – ailə başçısını itirməyə görə 140 manat; – müddətli həqiqi hərbi xidmət hərbi…
Daha çoxDay: June 12, 2025
“Azərbaycanın güclü ordusu artıq döyüş meydanında da öz sözünü deyib”
“1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə yaradılan Əlahiddə Azərbaycan Korpusu ordumuzun təməlini qoymuşdur”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Azər Bayramov deyib. O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra, dövlətimizin başçısı tərəfindən Azərbaycan Korpusunun yenidən yaradılması barədə qərar qəbul olundu və bu proses prioritet istiqamət kimi müəyyən edildi: “Bu addım həm də Azərbaycan ordusunun qədim və güclü hərbi ənənələrə sahib olduğunu bir daha nümayiş etdirdi. Müstəqillikdən sonra Azərbaycan Korpusunun yaradılması milli təhlükəsizliyimizin təmin olunmasında mühüm əhəmiyyət kəsb edirdi və bu sahədə xüsusi xidmətlər göstərildi. Bildiyimiz…
Daha çoxŞahin Mustafayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Şahin Abdulla oğlu Mustafayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Ş.Mustafayev Azərbaycanın sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Daha çoxEstetik əməliyyat etdirmək zəruridirmi?
Son onilliklərdə estetik cərrahiyyə tibbin ən sürətlə inkişaf edən sahələrindən birinə çevrilmişdir. Texnoloji irəliləyişlər, cərrahi metodların təkmilləşməsi və insanların öz bədənlərinə olan münasibətində baş verən dəyişikliklər bu sahəyə marağı əhəmiyyətli dərəcədə artırmışdır. Estetik müdaxilələr bir çox hallarda tibbi zərurətdən irəli gəlməsə də, onların sosial və psixoloji təsirləri danılmazdır. Bəs vətəndaşlar bu barədə nələr düşünürlər? SİA mövzu ilə bağlı sorğu edib. Şəhər sakini Aydın Əhmədli: “Son vaxtlar estetik əməliyyatlar bir dəb halını alıb. Xüsusilə gənclər, bəzən heç ehtiyac olmadığı halda, öz görünüşlərini dəyişdirməyə çalışırlar. Bu, məncə, həm psixoloji, həm də sosial…
Daha çoxRamil Həsən TÜRKPA-nın yeni Baş katibi seçilib
Bu gün Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsən təşkilatın yeni Baş katibi seçilib. SİA xəbər verir ki, onun namizədliyi Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova tərəfindən irəli sürülüb. Onun namizədliyi TÜRKPA-ya üzv ölkələrin Parlament Sədrlərinin və millət vəkillərinin yekdil qərarı ilə təsdiqlənib. Bundan əvvəl TÜRKPA-nın Baş katibi türkiyəli Mehmet Süreyya olub. Qeyd edək ki, Ramil Həsən 2009–2013-cü illərdə də TÜRKPA-nın Baş katibi vəzifəsini daşıyıb.
Daha çoxValideynlər uşaqları dinləyirmi, yoxsa yalnız nəzarət edirlər?
“Bu gün bağçalarda və məktəblərdə valideynlər uşaqlarını onlayn sistemlə, kameralar vasitəsilə izləməyi üstün tuturlar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. Onun sözlərinə görə, bu nəzarət anlayışı artıq bəzi hallarda xəstəlik səviyyəsinə çatıb: “Valideyn uşağın həyatının hər bir anına nəzarət etmək istəyir. Amma bu, gələcəkdə ciddi psixoloji problemlərə səbəb ola bilər. Uşaq böyüyüb şəxsiyyət kimi formalaşmağa başlayanda, azadlıq istəyəndə, artıq dərk edəndə ki, o nəzarət altında olmaq istəmir, bu zaman həm uşaq, həm də valideyn üçün travmatik vəziyyətlər yarana bilər. Valideyn özünü pis hiss edəcək, tək qalacaq, övladına qarşı…
Daha çoxBakı Dəmiryolu Vağzalında innovativ 3D reklam monitoru quraşdırılıb
Bakı Dəmiryolu Vağzalında ümumi sahəsi 198 kvadratmetr olan innovativ 3D reklam monitoru quraşdırılıb. SİA xəbər verir ki, layihə ADY və “Brand Media Groups” tərəfindən birgə həyata keçirilib. Monitor müasir görüntü texnologiyalarına əsaslanaraq hazırlanıb və izləyicilərə real üçölçülü vizual effektlər təqdim edir.
Daha çox“Azərbaycan dünya birliyində nüfuzlu və etibarlı tərəfdaşlardan biri kimi qəbul olunur”
“Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası müstəqilliyini 1991-ci ildə yenidən bərpa etdikdən sonra, beynəlxalq aləmdə tanınmaqda ciddi çətinliklərlə üzləşdi. Həmin dövrdə Azərbaycan demək olar ki, dünyada tanınmırdı. Bəzi ölkələr, xüsusilə də bizə yad və soyuq münasibət bəsləyən dövlətlər Azərbaycanın tanınmasına qarşı açıq və gizli maneələr yaradırdılar”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. O bildirib ki, bu prosesdə əsas maneələrdən biri Rusiya idi: “Moskva, keçmiş Sovet respublikalarının, xüsusilə də Azərbaycan kimi strateji önəmə malik ölkələrin müstəqillik qazanmasını və beynəlxalq arenada tanınmasını arzulamırdı. Digər bir qonşu…
Daha çoxTürk dünyası hədəflərinə birlikdə nail olmalıdır
Türk dünyası hədəflərinə birlikdə nail olmalıdır. SİA xəbər verir ki, bunu bu gün Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası və Gənc Ailə Forumunun bağlanış mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib. Onun sözlərinə görə, biz bu gün əldə olunan inkişaf mərhələsini nəzərə alaraq işimizi çiyin-çiyinə davam etdirməliyik: “Türk dünyası hədəflərinə birlikdə nail olmalıdır. Qazaxıstan Respublikasında keçiriləcək növbəti iclasda bugünkü aparılan müzakirələr nəzərə alınacaq”.
Daha çoxPrezident qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Nobel Food İndustry” MMC-nin müxtəlif növ və çeşiddə qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib. SİA xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Əhməd Gözəl müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdilər. “Azərsun Holdinq”ə məxsus “Qafqaz” konserv zavodu və “Shervan” MMC-nin həmtəsisçiliyi ilə istismara verilən bu müəssisədə müxtəlif növ və çeşiddə qəlyanaltı məhsulları – popkorn, çərəz və quru meyvə istehsal olunacaq. Məhsulların yerli istehlakçılara təqdim edilməsi ilə bərabər, müxtəlif ölkələrə ixracı da nəzərdə tutulur. İllik istehsal həcmi 9600 ton…
Daha çox