Gəncədə 22 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. SİA xəbər verir ki, yeni marşrut şəbəkəsi sayəsində şəhər və ətraf qəsəbələr üzrə ictimai nəqliyyata əlçatanlığın artırılması nəzərdə tutulur. Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə Gəncə şəhəri üzrə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli şəhərdaxili, G1 və G2 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır. Sənədlər 11 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri,…

Daha çox

İlham Əliyev Qətər əmirinə məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Qətər əmiri Təmim bin Həməd Al Taniyə məktub göndərib. SİA xəbər verir ki, bu barədə Qətərin dövlət informasiya agentliyi məlumat yayıb. Məktubu Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov bu ölkənin xarici işlər üzrə dövlət naziri Sultan bin Səəd əl-Mureyxiyə təqdim edib. Məlumata görə, Prezident İlham Əliyevin məktubu ikitərəfli münasibətlər, onların dəstəklənməsi və inkişafı yolları ilə bağlı məsələləri əhatə edir.

Daha çox

Ailə qurmaq üçün indi daha çox nə əskikdir – maddiyyat, yoxsa anlayış?

“Azərbaycanda milli və maddi ailə sistemində ciddi problemlər yaşanır və bu, həm hüquqi, həm sosial, həm iqtisadi, həm də geosiyasi və ekoloji – ən əsası isə irsi və genetik səbəblərlə bağlıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, uzun müddət Sovet dövründə biz qapalı bir sistemdə yaşamışıq. Dünyada baş verən bir çox dəyişikliklər, xüsusən ərzaq təhlükəsizliyi ilə bağlı risklər, dəyişdirilmiş qidaların SSRİ-yə buraxılmaması, təbii qidalanma,…

Daha çox

Yay turizminin inkişafında qarşılaşılan əsas çətinliklər nələrdir?

Yay gələndə insanlar bir az nəfəs almaq, təbiətlə bir az daha yaxın olmaq, şəhərin səsindən, istilərdən uzaqlaşmaq istəyirlər. Elə bu səbəbdən də yay turizmi həm psixoloji, həm də iqtisadi baxımdan çox vacib dövr sayılır. Azərbaycanda yay aylarında istirahət etmək istəyən insanlar üçün kifayət qədər müxtəlif və maraqlı seçimlər mövcuddur. SİA mövzu ilə bağlı Dövlət Turizm Agentliyinə sorğu ünvanlayıb. Cavab olaraq bildirilib ki, Yay mövsümü Azərbaycanda turizmin ən aktiv dövrü kimi turizm sənayesində canlanma və turistik səfərlərin artması ilə müşayiət olunur: “Yay aylarında istər daxili turistlər, istərsə də xarici turistlər daha…

Daha çox

Sabah hava necə olacaq?

“İyunun 13 və 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək”. Bu barədə SİA-ya Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib. Onun sözlərinə görə, havanın maksimal temperaturu 26-30 dərəcə isti təşkil edəcək: “Bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli, leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 31-37, dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacaq”.

Daha çox

“SSAL-2” şirkətinin rəhbərliyi mətbuatın 150 illiyi ilə bağlı “Səs”çiləri təbrik edib

Bu gün “SSAL-2” MMC şirkətinin əməkdaşları Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə SƏS Media Qrupunun ofisində olublar. SİA xəbər verir ki, redaksiyada təşkil olunan görüşdə SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, “SSAL-2” MMC-nin təsisçisi və direktoru Mirsədi Seyidov, şirkətin nümayəndələri və media qrupun əməkdaşları iştirak ediblər. SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev bildirib ki, Azərbaycan mediası 150 il yaşayıb, mübarizə aparıb və bu gün dünyanın ən layiqli, ən yaxşı nümunələrindəndir. Mətbuatımızın keçdiyi keçməkeşli, ağır, rəngarəng yola nəzər salan baş redaktor müqayisələr apararaq…

Daha çox

“Səmaya Səyahət” maarifləndirici tədbir

Abşeron rayonu Güzdək qəsəbəsinin tam orta məktəbinin şagirdləri üçün “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə “Səmaya Səyahət” adlı maarifləndirici tədbir keçirdik. SİA xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nigar Məmmədova məlumat verib. Deputat bildirib ki, tədbirin məqsədi uşaqların hərtərəfli inkişafı, vətənpərvər ruhda tərbiyə olunmaları, dünyagörüşünün zənginləşdirilməsi, habelə gənc nəslin aviasiyanın maraqlı və məsuliyyətli dünyasını yaxından kəşf etməsinə şərait yaratmaq, onları bu sahənin incəlikləri və peşəkar inkişaf imkanları ilə tanış etməkdir. Tədbir zamanı öncə məktəblilər bütün hava gəmilərinə müasir dünya standartları səviyyəsində texniki xidmət göstərmək üçün hər cür şəraiti…

Daha çox

Azərbaycan XİN Hindistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzası ilə bağlı başsağlığı verib. SİA xəbər verir ki, bu barədə Nazirliyin rəsmi “X” hesabında yazılıb. “Hindistanın Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzasından dərin kədər hissi keçiririk. Hadisədə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Yaralılara qarşıdakı günlərdə güc və şəfa diləyirik”. Xatırladaq ki, Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğrayıb, hadisə nəticəsində 133 nəfər həlak olub.

Daha çox