Gənclər niyə özlərini gizlədir?

Bəzən elə olur ki, bir insanı evdə görürsən – sakit, itaətkar, sanki özünü sıxan biri. Sonra həmin adamı dostları ilə danışqan, açıq fikirli, tam fərqli biri kimi görürsən. Sanki bir bədəndə iki ruh var. Bir evdə iki fərqli insan yaşayır. Valideynlərinin tanıdığı övladla dostlarının tanıdığı gənc eyni adam deyil. Bu hal get-gedə daha da yayılır. Niyə? Gənclər niyə özlərini gizlədir? SİA mövzu ilə bağlı araşdırma aparıb. Bəzən bu fərqlilik qorxudan doğur. Gənc düşünür ki, əgər evdə öz fikrini açıq desə, qəbul olunmayacaq. Əgər evdəki “normal” çərçivədən bir addım kənara çıxsa,…

Daha çox

“Genişmiqyaslı əməkdaşlıq istiqamətində mühüm addımlar atılır”

“II Türk Ticarət Sərgisi həqiqətən də strateji baxımdan əhəmiyyətli olmaqla yanaşı, böyük siyasi və iqtisadi dəyərə malikdir. Çünki hazırda Türk dövlətləri arasında genişmiqyaslı əməkdaşlıq istiqamətində mühüm addımlar atılır. Həm Orta Asiya Türk dövlətləri, həm Türkiyə, həm də Azərbaycan olaraq müxtəlif sahələr üzrə ortaq layihələrə imza atırıq və bu, olduqca müsbət hal kimi qiymətləndirilir. İkinci Türk Ticarət Sərgisinin təşkil olunması isə bir daha təsdiqləyir ki, Azərbaycan dövlət rəhbərliyi, xüsusilə Prezident İlham Əliyev Türk dövlətləri ilə əməkdaşlığı, birliyi və qarşılıqlı əlaqələri ölkənin əsas prioritetlərindən biri kimi elan etmiş və bu istiqamətdə ciddi…

Daha çox

Sabah Babəkin dörd kəndində işıq olmayacaq

Babək rayonunun kəndlərində elektrik enerjisinin verilişində sabah qısamüddət fasilə olacaq. SİA xəbər verir ki, iyunun 13-də 35/10 kV-luq Kərimbəyli yarımstansiyasından qidalanan 10 kV-luq “Kərimbəyli” hava elektrik verilişi xətti cari təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq. Bununla əlaqədar Kərimbəyli, Hacıvar, Badaşqan və Yarımca kəndlərində elektrik enerjisinin verilişində iyunun 13-də saat 10:00-dan 12:00-dək müvəqqəti fasilə yaranacaq.

Daha çox

Azərbaycan və türk iş adamları Qarabağdakı biznes imkanlarını müzakirə edib

Azərbaycan və türk iş adamları arasında Qarabağdakı biznes imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, müzakirələr Türkiyənin İğdır vilayətinin valisi Ercan Turanın rəhbərlik etdiyi türk iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşdə baş tutub: “Ölkəmizin əlverişli işgüzar mühiti, işğaldan azad olunmuş ərazilərimizdəki biznes fürsətləri haqqında həlumat verdik, biznes dairələri arasında tərəfdaşlığın möhkəmləndirilməsi və birgə təşəbbüslərin gerçəkləşdirilməsi imkanlarını dəyərləndirdik”.

Daha çox

Hesablama Palatası Çin Milli Audit Ofisi ilə təcrübə mübadiləsi aparıb

Hesablama Palatası ilə Çin Milli Audit Ofisi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində nəzərdə tutulan bir sıra fəaliyyətlərin icrası məqsədilə Çin nümayəndə heyəti Bakı şəhərinə səfər edib. SİA bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, nümayəndə heyətini qurumun sədr müavini Nəsir Sadıqov qəbul edib. O, səfər çərçivəsində təqdim olunacaq mövzuların Palata əməkdaşları üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Çin Milli Audit Ofisinin İctimai Məsələlərin Auditi Bürosunun baş direktoru Jiang Yueşan isə iki qurum arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə inamını ifadə edib. Daha sonra hər iki tərəfin nümayəndələri müxtəlif…

Daha çox

Vilayət Eyvazov DİN-də qəbulla bağlı növbəti sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 12-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata əsasən, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 138 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 19 nəfəri Vətən müharibəsi iştirakçısıdır. Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə…

Daha çox

Antalyanın ən məşhur yürüş marşrutlarını kəşf edin

Hər il milyonlarla insan Türkiyə Rivieralarının parlaq ulduzu sayılan Antalyaya günəşli çimərlikləri və büllur kimi təmiz suları üçün səfər edir. SİA xəbər verir ki, lakin bu sahil cazibəsindən kənarda Antalya eyni zamanda dünya miqyasında məşhur yürüş marşrutlarına sahib olan bir cənnətdir. Yürüş həvəskarları bu gözəl şəhərə qədim abidələrdən keçən, təbii gözəlliklərlə dolu mənzərəli yolları kəşf etmək üçün gəlirlər. Bu marşrutlar şəhəri tamam fərqli baxış bucağından tanımaq və bölgənin təbiətini, mədəniyyətini və tarixini daha dərindən hiss etmək üçün bənzərsiz imkan yaradır. Likya Yolu: Antalyanın Qədim Sahil Marşrutu Türkiyənin ilk uzunməsafəli yürüş…

Daha çox

İnsanları qəlyan çəkməyə nə vadar edir?

Qəlyan üzrə mütəxəssis Murad Tağıyevin SİA-ya müsahibəsini təqdim edirik: – İnsanları qəlyan çəkməyə nə vadar edir? Sulu qəlyan insanları daha çox söhbətə, yoxsa düşüncəyə çəkir? – Bu, əslində, bir növ tarixi və Şərq mədəniyyətdir. Xüsusilə, Yaponiyada bu ənənəyə daha çox rast gəlinir. Çay süfrəsi zamanı qonağa qəlyan təqdim olunardı və əgər qonaq bunu qəbul etməsəydi, bu, hörmətsizlik kimi qiymətləndirilə bilərdi. İkinci məsələ olaraq onu qeyd etmək lazımdır ki, qəlyanın müalicəvi əhəmiyyəti olduğu iddia olunub. Onun icadı Hindistanın Pakistanla sərhədə yaxın bir kəndində baş verib. Həmin kəndin adı dəqiq tarixə düşməsə…

Daha çox

TDT 2026-cı ildə sosial xidmətlərin transformasiyası üzrə ortaq fəaliyyət planlaşdırır

“Türkiyə tərəfinin təşəbbüsü ilə təşkilat üzvləri 2026-cı ildə sosial xidmətlərin transformasiyası sahəsində ortaq fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub”. SİA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasında bildirib. O bildirib ki, bundan əvvəl, 2024-cü ildə İstanbulda baş tutan birinci görüş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ailə institutu və qadınların hüquqlarının qorunması çərçivəsində ümumi mövqenin, eləcə də ortaq planların müzakirəsinə şərait yaradıb: “TDT-yə üzv ölkələrin dövlət başçılarının göstərişlərinə əsasən, TDT-yə üzv ölkələr…

Daha çox