Kəlbəcərə ilk köç olacaq
Daha çoxDay: June 12, 2025
Azərbaycan və Fransa şirkəti əməkdaşlığı müzakirə edib
Azərbaycan və Fransanın “IB2” şirkəti arasında alüminium sənayesi üzrə əməkdaşlıq imkanları müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “IB2″ şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Romen Jirbal ilə görüşdük. Təbii resurslardan səmərəli istifadənin, xammalın diversifikasiyasının və istehsalda dayanıqlı texnologiyaların tətbiqinin iqtisadiyyatda strateji əhəmiyyətini vurğuladıq, alüminium sənayesi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını nəzərdən keçirdik”,- deyə o qeyd edib.
Daha çoxİlham Əliyev Filippin prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti Ferdinand Romualdez Markosu Müstəqillik Günü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Filippin arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir. Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Filippin xalqına əmin-amanlıq və rifah arzulayıram”.
Daha çoxSahibə Qafarova Azərbaycanın TÜRKPA-ya sədrliyi barədə hesabat verib
TÜRKPA Assambleya Şurasının iclası çərçivəsində aparılacaq fikir mübadiləsi, qəbul ediləcək qərarlar təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə verəcək. SİA-nın məlumatına görə, bunu TÜRKPA-nın fəaliyyətdə olan sədri, Milli Məclisin spikeri Sahibə Qafarova Astanada iyunun 12-də TÜRKPA Assambleya Şurasının iclasında çıxış edərkən deyib. O, çıxışında Milli Məclisin təşkilata sədrliyi dövründə görülən işlər haqqında hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sahibə Qafarova vurğulayıb ki, ötən dövrdə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, TÜRKPA-nın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində bütün addımlar atılıb. TÜRKPA-nın başqa beynəlxalq platformalara bənzəmədiyini, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın təmsilçilərini eyni çətir…
Daha çox15 iyun-Milli Qurtuluş Günü münasibətilə təntənəli ümumrayon tədbiri keçirilib
11 iyun 2025-ci il tarixində Pirallahı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluşdan başlanan müstəqillik, sabitlik və inkişaf yolu” mövzusunda təntənəli ümumrayon tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının əməkdaşları, rayonun idarə və müəssisələrinin rəhbərləri və kollektiv üzvləri, QHT nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və fəal gənclər iştirak ediblər. Tədbir Ulu…
Daha çox“Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfə yüksəlib”
“Azərbaycan və Özbəkistan arasında imzalanmış ikitərəfli və çoxtərəfli sənədlər hüquqi bazanın formalaşmasına xidmət etməklə yanaşı, iqtisadi münasibətlərin daha da dərinləşməsi üçün əlverişli zəmin yaratmışdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 41% artması, cari ilin birinci rübündə isə bu göstəricinin üç dəfəyə qədər yüksəlməsi, iqtisadi əməkdaşlıq sahəsində yeni imkanlardan istifadə olunmasının mühüm göstəricisi kimi qiymətləndirilə bilər: “Eyni zamanda Azərbaycan Özbəkistana Orta Dəhlizdən (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) istifadə etmək imkanı təqdim etmişdir. Bu kontekstdə, 2024-cü ildə iki ölkə…
Daha çoxAzərbaycan İtaliyanın Triest şəhəri ilə əlaqələrin inkişafında maraqlıdır
Azərbaycan İtaliyanın Triest şəhəri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə SİA-ya Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun “X” sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat verir. Azərbaycanlı diplomat bu məsələni Triest şəhərinin meri Roberto Dipiazza ilə görüşdə müzakirə edib. “Triest şəhərinin meri Roberto Dipiazza ilə görüşməkdən və bu gözəl şəhərlə Azərbaycan şəhərləri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə etməkdən məmnun oldum. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Triest limanı arasında artıq mövcud olan və yüksələn xətlə inkişaf edən mühüm tərəfdaşlığı ayrıca qeyd etmək istərdim”, – R.Aslanov yazıb.
Daha çoxBaş prokuror Gədəbəydə vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev iyunun 20-də, saat 10:00-da Gədəbəy rayon prokurorluğunun inzibati binasında Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayon sakinlərinin qəbulunu keçirəcək. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Gədəbəy rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla…
Daha çoxKartdan karta pul atmaq qanuni yoldurmu?
“Kartdan karta pul köçürmək əməliyyatı Azərbaycan Respublikasının mövcud qanunvericiliyi çərçivəsində hüquqi statusa malik olan və fiziki şəxslər arasında geniş tətbiq edilən bir ödəniş formasıdır. Bununla belə, pərakəndə ticarət və ictimai iaşə sektorlarında bu üsulun ödəniş vasitəsi kimi yeganə forma olaraq tətbiqi hüquqi pozuntu kimi qiymətləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Beynəlxalq bankında Biznes monitorinq üzrə ekspert Toğrul Novruzəliyev deyib. Onun sözlərinə görə, belə hallarda ödənişi həyata keçirən istehlakçıya kassa çeki və ya POS-terminaldan çıxarış təqdim olunmaması səbəbindən həmin alıcının malın geri qaytarılması, zəmanət hüququnun təmin olunması və yaxud ƏDV-nin geri…
Daha çoxAzərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilir
Azərbaycanda şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi təklif edilir. Müvafiq qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. İclasda qeyd olunub ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması…
Daha çox