Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kimqu ilə Kiyev və Seul arasında ikitərəfli əməkdaşlığı müzakirə edib. SİA xəbər verir ki, bu barədə Y.Qusev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Biz dəstəyin genişləndirilməsi və ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə etdik”, – o bildirib.
Y.Qusev həmçinin həmkarına Cənubi Koreyanın Azərbaycandakı səfiri kimi uğurlar arzulayıb.