İyunun 12-də gənclər və idman naziri Fərid Qayıbov Yardımlı və Masallı rayon sakinləri ilə görüşüb.
SİA xəbər verir ki, əvvəlcə Fərid Qayıbov və digər rəsmi şəxslər Masallı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Masallı Gənclər Evində keçirilən görüşdə vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Ardınca nazir Masallı Gənclər Evinin fəaliyyəti ilə maraqlanıb və mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, bir sıra tövsiyələrini verib.