Fövqəladə Hallar Nazirliyinin (FHN) strukturuna daxil olan qurumlarda və regional mərkəzlərdə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib. FHN-dən SİA-ya verilən məlumata görə, tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirlərdə çıxış edənlər xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər ölkəmizdə yaranmış dərin böhrandan, xalqımızı gözləyən faciələrdən bəhs ediblər. Bildirilib ki, səriştəsiz…
Daha çoxDay: June 14, 2025
İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət narahatlıq doğurur
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Ərağçi ilə telefon danışığı zamanı nüvə obyektləri ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğunu vurğulayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat paylaşıb. Bildirilib ki, Azərbaycan XİN başçısı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb.
Daha çoxOdessa şəhərində soydaşlarımız üçün səyyar konsulluq xidməti keçirilib
Müharibə şəraitində Ukraynada yaşayan azərbaycanlıların, soydaşlarımızın problemlərini yerindəcə həll etmək üçün Azərbaycanın bu ölkədəki səfirliyinin bölgələrdə səyyar konsulluq xidməti davam edir. SİA xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi iyunun 14-də Odessa şəhərindəki “Azərbaycan Evi”ndə soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil edib. Səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsləri Qalibbəy Ağadadaşov və Pərviz Əsədov Odessa vilayəti və yaxın ərazilərdən gələn soydaşlarımızın müraciətlərini dinləyiblər. Qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub. Səyyar qəbulda Odessada ilk dəfə olaraq mobil pasport avadanlıqları ilə pasport müraciətləri də qəbul olunub. Q.Ağadadaşov vurğulayıb…
Daha çoxAZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan aşağıdakı reysləri ləğv edilib: Bu barədə SİA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir. 14 iyun 2025-ci il: * Bakı – Tel-Əviv – Bakı (J2 331/332) * Bakı – Nyu-Dehli – Bakı (J2 057/058) * Bakı – İslamabad – Bakı (J2 143/144) * Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204) * Bakı – Tehran – Bakı (J2 8017/8018) 15…
Daha çox11 illik unudulmaz məktəb yolunun son zəngi: 162 nömrəli məktəbdən REPORTAJ
Bu gün ölkəmizin orta ümumtəhsil məktəblərində “Son zəng” mərasimləri keçirilib. “Səs” qəzeti Bakıdakı orta məktəblərin birindən- Səbail rayonunda yerləşən 162 nömrəli orta məktəbdən reportaj hazırlayıb. 162 nömrəli məktəb paytaxtın və ölkənin ən yaxşı göstəricilərə malik təhsil ocaqlarından biridir. 100-dən çox yaşı olan məktəbdə Azərbaycan və rus sektorları üzrə 1700 şagird təhsil alır. Bu gün məktəbin dörd 11-ci sinfindən (A,B, C, L) ümumilikdə 92 şagird məzun olur. Bu münasibətlə məktəbdə maraqlı şənlik və vida mərasimi təşkil olundu. Tədbirdə məktəbin müəllim və məzunları ilə yanaşı, çox sayda valideyn də iştirak edirdi. …
Daha çoxBakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı –Təbriz–Bakı marşrutu üzrə reysləri iyun ayının sonunadək ləğv edib. SİA bu barədə QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir. Qeyd edək ki, aviaşirkət bu ilin iyun ayının 15-dən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlamağı planlaşdırırdı. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetirilməsi gözlənilirdi.
Daha çox“Sosial islahatların əsas məqsəd sosial rifahın gücləndirilməsidir”
2025-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev yeni sosial islahat paketini çərçivəsində növbəti fərman imzalayıb. Hələ ilin əvvəlindən bu paket çərçivəsində əməkhaqqı 16%, pensiyalar isə 8,1% artırılmışdı. Həmçinin, minimum əməkhaqqı 400 manata yüksəldilib. Növbəti mərhələ olaraq sosial islahatların əsas hədəfi şəhid ailələri, əlilliyi olan şəxslər, çoxuşaqlı ailələr və analar üçün müavinətlərin və təqaüdlərin 20% artırılmasıdır. Bu tədbirlərdən təxminən 3 milyon vətəndaş faydalanacaq. Yeni fərmanla bağlı fikirlərini bölüşən “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva islahatların sosial rifahın gücləndirilməsi məqsədini daşıdığını bildirib. O, dövlətin vətəndaşlarına, xüsusilə…
Daha çoxAzərbaycanın xilası və dirçəlişinin başlanğıcı”
“15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olan, dövlətçiliyimizin qorunub saxlanması və davamlı inkişaf yoluna qədəm qoymasının təməlini təşkil edən bir gündür. Bu gün, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə bağlıdır. Məhz onun qətiyyətli siyasi iradəsi, liderlik məharəti və dövlətçilik təcrübəsi sayəsində Azərbaycan vətəndaş qarşıdurmasından, siyasi xaosdan və dağılmaq təhlükəsindən xilas olmuş, sabitlik, inkişaf və tərəqqi yoluna çıxmışdır. 1987-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının rəhbər orqanlarından etiraz olaraq istefa verəndə, bu qərar…
Daha çox“Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə olduqca təlatümlü bir mərhələdən keçirdi”
“Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə olduqca təlatümlü bir mərhələdən keçirdi. Həmin illərdə ölkədə dərin bir xaos hökm sürürdü. Bu vəziyyətin formalaşmasında bir neçə mühüm amil rol oynayırdı: xarici təcavüz təhlükəsi və daxildəki siyasi anarxiya”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib. Onun sözlərinə görə, müstəqillik əldə edildikdən sonra hakimiyyətə gələn siyasi komanda və idarəedici strukturların təcrübəsizliyi, reallıqları nəzərə almadan verilən bəyanatlar və atılan addımlar vəziyyətin daha da gərginləşməsinə səbəb oldu: “Bu xaos həm daxili, həm də xarici təzyiqlərin təsiri ilə dərinləşdi. Lakin Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi…
Daha çoxAzərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb
Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb. O qeyd edib ki, bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə isə İsrail-İran hərbi qarşıdurması mövcuddur: “Biz bunu gözləyirdik və özümüzü müəyyən mənada Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə, eləcə də sanksiyalar altında olan qonşularımıza qarşı mümkün ssenarilərə hazırlamışdıq”.
Daha çox