“Milli Qurtuluşdan Müstəqil Azərbaycana” mövzusunda konfrans keçirilib

13 iyun 2025 –ci il tarixində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluşdan Müstəqil Azərbaycana” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş edilib. Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, tarixdə elə taleyüklü məqamlar olur…

Daha çox

Bəzi rayonlara yağış yağıb, külək güclənib

Azərbaycanda iyunun 14-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Şəkidə 22, Ağstafa və Zaqatalada 21, Sarıbaşda (Qax) 14, Şəmkirdə 9, Bərdədə 6, Balakəndə 5, Gəncə, Goranboy, Tovuz və Gədəbəydə 4, Daşkəsən və Göygöldə 2, Mingəçevir, Yevlax, Şahdağ, Ceyrançöl, Naftalan, Şahbuz, Ordubad və Qəbələdə 1 mm-dir. İyunun 13-də 20:50 radələrində Ağstafa rayonunun Köçəsgər kəndinə xırda dolu düşüb. Bəzi yerlərdə qərb küləyi əsir, Şəkidə 25, Naftalanda 22, Balakən,…

Daha çox

ABŞ ilə nüvə dosyesi üzrə danışıqlar mənasızlaşıb

İran hesab edir ki, İsrailin hücumundan sonra Vaşinqton və Tehran arasında İran nüvə proqramı ətrafında böhranın həlli üzrə danışıqlar mənasızlaşıb. SİA “Tasnim”ə istinadən xəbər verir ki, bunu İslam Respublikasının xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Esmail Baqai bildirib. “Qarşı tərəf (ABŞ – red.) elə davranırdı ki, dialoq mənasız oldu. Danışıqlara hazır olduğunu bəyan edib, eyni zamanda sionist rejiminin İran ərazisinə zərbələr endirməsinə imkan verərək əməliyyatları koordinasiya etmək olmaz”, – agentlik diplomatdan sitat gətirib. Xatırladaq ki, Tehran nüvə proqramı üzrə Amerika – İran danışıqlarının beşinci raundu mayın 23-də Romada keçirilib. Müzakirələrin nəticələrinə…

Daha çox

“Google” tropik fırtınaların proqnozlaşdırılması üçün yeni süni intellekt modelini və saytını yaradıb

“Google” tropik siklonların proqnozlaşdırılması üçün yeni süni intellekt modelini istifadəyə verib və bu modeli sınaqdan keçirmək məqsədilə ABŞ-ın Milli Qasırğa Mərkəzi (NHC) ilə əməkdaşlıq edir. Bu barədə SİA xarici mediaya istinadla xəbər verir. “Google DeepMind” və “Google Research” bölmələri “Weather Lab” adlı yeni veb-sayt istifadəyə veriblər. Bu platformada şirkətin süni intellekt əsasında hazırladığı hava proqnozu modelləri təqdim olunur. Yeni eksperimental model fırtınaların (müəyyən gücə çatdıqda onlar tayfun və ya qasırğa adlandırılır) trayektoriyası, ölçüsü və intensivliyi ilə bağlı 15 gün əvvəldən 50 fərqli ehtimal ssenarisi yarada bilir. “Google” ilə birgə çalışan…

Daha çox

İrandan İsrailə növbəti hücum dalğası: 13 nəfər yaralandı

İran İsrail ərazisinə qarşı yeni raket hücumu həyata keçirib. SİA xəbər verir ki, İranın dördüncü hücum dalğası barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “Müdafiə sistemləri təhdidləri qabaqlamaq üçün işləyir”, – məlumatda qeyd olunub. Əhaliyə sığınacaqlarda gizlənmək tapşırılıb. İranın İsrail ərazisinə qarşı son hücumları nəticəsində azı 13 nəfər yaralanıb. Bu barədə İsrailin Milli Tibbi Xidmətinin yaydığı məlumata görə, yaralılardan birinin vəziyyəti kritik, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, bundan öncəki hücumlar nəticəsində 63 nəfər xəsarət alıb, bir qadın isə ölüb.

Daha çox

Bu gün “Son zəng”dir

Bu gün Azərbaycanda 2024-2025-ci tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq. SİA xəbər verir ki, ənənəvi tədbir hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunmalıdır. Məlumat üçün bildirək ki, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 min nəfərə yaxın, IX sinfi isə təxminən 158 minə yaxın şagird məzun olur. Eyni zamanda cari tədris ilində işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrindən tam orta təhsil səviyyəsi üzrə 84 nəfər məzun olacaq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, məzun olan şagirdlərin…

Daha çox

Çin şirkəti xəstəlik məzuniyyəti almaq cəhdinə görə işçinin maaşını kəsir

…Çinin Zhejiang əyalətində yerləşən Xançjou şəhərində geniş ictimai rezonansa səbəb olan insident baş verib. Vision Entertainment şirkətinin əməkdaşı səhhətinin pisləşməsi ilə əlaqədar xəstəlik məzuniyyəti tələbi ilə onun rəhbərliyinə müraciət etsə də, rədd cavabı alıb və maaşının bir hissəsindən məhrum edilib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qadın hərarətinin kəskin yüksəldiyini və ümumi halsızlıq hiss edib. Buna görə də onun birbaşa rəhbərindən sağalması üçün ona qısamüddətli məzuniyyət verilməsini xahiş edib. Tələbinə cavab olaraq, işçi təhqiredici şəkildə ifadə edilən imtina, habelə psixiatrdan məsləhət almaq tövsiyəsi alıb. Çin Xalq Respublikasının əmək qanunları…

Daha çox