İsraildə xəsarət alanların sayı artdı

İranın İsrailə hücumları nəticəsində yaralananların sayı 44-ə çatıb. SİS xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb. *** İranın raket zərbələri nəticəsində Təl-Əvivdə azı 35 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Milli Tibb Xidmətinin direktoru Eli Bin bildirib ki, iki nəfərin vəziyyəti ağırdır, digərləri yüngül və ya orta dərəcəli xəsarətlər alıblar.

Daha çox

İsrail İsfahandakı nüvə obyektinə hücum etdi

“İsfahandakı nüvə obyektinə hücum etdik”. SİA xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Effi Defrin bildirib. Bundan bir neçə dəqiqə əvvəl isə İsrail ordusu İranın Hərbi Hava Qüvvələrinin bazalarına hücum edərək onları məhv etdiyinə dair açıqlama yaymışdı.: “Biz İranın qərbindəki Həmədan və Təbriz aviabazalarında İran Hərbi Hava Qüvvələrinin bazalarını hədəf alan geniş əməliyyatlar həyata keçirdik”.

Daha çox

İsrail İrana hücumda “Hörümçək toru” taktikasından istifadə edib..?

Pilotsuz təyyarələr gecə saatlarında işə salınıb və raket buraxılış qurğularını vurub… …Bəzi iddialara görə, İsrail illərdir İranın nüvə və raket proqramlarına qarşı əməliyyata hazırlaşırmış. Başqa iddialara görə, İsrail İrana hücum etmək üçün Ukraynanın “Hörümçək toru” əməliyyatının taktikasından istifadə edib. Hazırlıqlara İran daxilində pilotsuz təyyarə bazasının yaradılması və ölkəyə dəqiq silahların və xüsusi təyinatlıların yerləşdirilməsi daxil edilib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb. İsrailin təhlükəsizlik rəsmisi nəşrə bildirib ki, əməliyyat İsrail Müdafiə Qüvvələri (IDF) və Mossad arasında…

Daha çox

Kursk vilayətində alışqan şəklində hazırlanmış minalar tapılır…

…Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri üçün 3D printerlərdə çap edilmiş minalar aşkar edilib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə istehkamçı bölmələrindən birinin komandiri məlumat verib. O qeyd edib ki, onlar çətin əldə edilən yerlərə səpələniblər və buna görə də onları tapmaq çox çətin ola bilər. “Topor” çağırış nişanlı istehkamçı bölməsinin komandiri bildirib ki, Kursk vilayətinin sərhədyanı ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 3D printerdə çap edilmiş piyada əleyhinə minaları aşkar edilib. Onlardan birində skuter minalanmışdı. Bu evdə hazırlanmış partlayıcı qurğularda iki sancaq var. TASS müxbiri ilə söhbətində hərbçi onların…

Daha çox

Daha 1200 həlak olmuş ukraynalının cənazəsi vətənə qaytarılıb

Ukraynaya daha 1200 nəfər həlak olmuş ukraynalının cənazələri qaytarılıb. Onların bir hissəsi hərbçilərdir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rusiya tərəfinin iddiasına görə, qaytarılan cəsədlər Ukrayna vətəndaşlarına, xüsusilə də hərbi qulluqçulara məxsusdur. Qeyd edək ki, bu repatriasiya İstanbul razılaşmaları çərçivəsində həyata keçirilib. Cəsədlərin qaytarılması Ukrayna Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən Birgə Mərkəzin, Silahlı Qüvvələrin, Daxili İşlər Nazirliyinin, Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkilinin Ofisinin, Xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə müvəkkil katibliyinin, Fövqəladə Hallar Dövlət Xidmətinin və təhlükəsizlik və müdafiə sektorunun digər qurumlarının birgə işi nəticəsində mümkün olub. Yaxın…

Daha çox

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolu müzakirə olunub

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Parlamentinin sahəvi iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili ilə görüşüb. SİA xəbər verir ki, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub. Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin son illərdə iqtisadi əməkdaşlığın daha da artması ilə nəticələnməsindən məmnunluq ifadə olunub. Səfir Ş.Berekaşviliyə iki ölkə arasındakı iqtisadi münasibətlərin təməlini təşkil edən layihələr, eləcə də perspektiv təşəbbüslər barədə məlumat verib. Xüsusilə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu, eləcə də tranzit ölkə olaraq Gürcüstanın artan…

Daha çox

Rusiya Çindən ikinci milli kredit reytinqini alıb…

Çinin CSCI Pengyuan reytinq agentliyi Rusiyaya uzunmüddətli beynəlxalq suveren reytinqlər verib. Reytinq həm yerli, həm də xarici valyutada “A-i” səviyyəsində müəyyən edilib. Kredit reytinqinin bu səviyyəsi emitent ölkənin öz borc öhdəliklərinə xidmət göstərmək qabiliyyətinin yüksək olduğunu və defolt riskinin aşağı olduğunu göstərir. Təyin edilmiş reytinqlər üzrə proqnoz “stabil” olaraq müəyyən edilib, baxmayaraq ki, mənfi iqtisadi dəyişikliklərə qarşı müəyyən həssaslıq qalmaqdadır. Agentliyin özünün “Vedomosti”yə verdiyi məlumata görə, Rusiya tərəfi bu reytinqi tələb etməyib, lakin onun təyin edilməsi prosesində əməkdaşlıq edib. SİA-nın məlumatına görə, bu, son bir ayda ikinci dəfədir ki, Çin…

Daha çox

İranın vəliəhdi Molla rejiminin devrilməsinə çağırır…

İranın sonuncu şahının oğlu, İran Milli Şurasının qurucusu və rəhbəri Rza Pəhləvi ölkəsinin xalqına və hərbçilərinə müraciət edib. O, Ayətullah Əli Xamenei rejimini İranı İran xalqının iradə və maraqları ilə heç bir əlaqəsi olmayan dağıdıcı müharibəyə sürükləməkdə ittiham edib. Bu, İsrailin iyunun 13-nə keçən gecə başlayan “Xalq şir kimi” hərbi əməliyyatının başlaması fonunda baş verib. Əməliyyat nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri və İran rejiminin digər yüksək rütbəli rəhbərləri məhv edilib. SİA-nın məlumatına görə, bunu segodnya.co.il yazır. Pəhləvi cümə günü sosial şəbəkədə farsca yazıb: “Bu, İran və ya İran müharibəsi…

Daha çox