2025-ci ilin birinci rübündə yoxsulluğun səviyyəsi 16 621 rubla çatıb. Gəlirləri bu səviyyəyə çatmayan vətəndaşların sayı Rusiya sakinlərinin ümumi sayının 8,1 faizini təşkil edib.
SİA xəbər verir ki, Rosstatın məlumatına görə, il ərzində yoxsulluq həddində yaşayan əhalinin faizi 1,5 faiz bəndi azalıb.
Bu, bir neçə amillə bağlıdır: əmək haqqının artımı hesabına əhalinin gəlirlərinin artması, sahibkarlıq fəaliyyətindən və əmlakdan əldə edilən gəlirlərin artması, həmçinin sosial ödənişlərin artması.
2025-ci ilin birinci rübündə əhalinin pul gəlirləri 27,1 trilyon rubla çatıb (əvvəlki ilin eyni dövrü ilə müqayisədə +17,9 faiz). Real pul gəlirlərinin artımı 7,1 faiz, əhalinin sərəncamında qalan real gəlirləri isə (icbari ödənişlər çıxılmaqla və inflyasiya nəzərə alınmaqla) 8,4 faiz artıb.
Rosstat məlumatlarına görə, 2025-ci ilin birinci rübündə (yanvar-mart) inflyasiya 2024-cü ilin eyni dövrü ilə müqayisədə 110,11 faiz təşkil edib.
Cari ilin yanvar-mart aylarında sahibkarlıq və digər istehsal fəaliyyətlərindən əldə edilən gəlirlərin, habelə əmlak üzərində mülkiyyətdən əldə edilən gəlirlərin xüsusi çəkisi…
Əhalinin gəlirlərinin mühüm hissəsi hələ də müvafiq olaraq 64,0 və 16,0 faiz olmaqla əməkhaqqı və sosial ödənişlərin payına düşür.
2025-ci ilin birinci rübündə vətəndaşlara sosial ödənişlərin ümumi həcmi 2024-cü ilin birinci rübü ilə müqayisədə 12,5 faiz artaraq 4,3 trilyon rubla çatıb.
Orta aylıq nominal hesablanmış əmək haqqı 92 305 rubl təşkil etdi (+ 13,8, real ifadədə – 3,4 faiz).
2025-ci ilin birinci rübü üçün təyin edilmiş pensiyaların orta ölçüsü keçən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 23 214,07 rubla yüksəlib.
Əli Babayev