Prezident İlham Əliyev Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda keçirilən konfrans iştirakçılarına müraciət ünvanlayıb. SİA xəbər verir ki, dövlət başçısının müraciətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.