Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Tatarıstandakı Yelabuqaya hücumu videoya çəkilib.
SİA-nın məlumatına görə, müvafiq kadrlar Baza nəşrinin Telegram kanalında yayılıb.
Videoda cihazların səmada uçması əks olunub.
Baza-nın məlumatına görə, pilotsuz təyyarənin qalıqları zavodun Yelabuqadakı keçid məntəqəsinə düşüb.
Bundan əvvəl Tatarıstanın rəhbəri Rüstəm Minnixanov respublikanın pilotsuz təyyarələrin hücumuna məruz qaldığını təsdiqləyib.
Hadisə nəticəsində 13 nəfər xəsarət alıb, daha bir nəfəri xilas etmək mümkün olmayıb.
Minnixanov əmin edib ki, bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilməyə başlayıb.
Bundan əvvəl məlum olub ki, Belqoroda Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat tərəfindən hücum edilib. Həmin vaxt itkilər barədə məlumat verilmir.
Əli Babayev