İsrailin Tehrana zərbələri nəticəsində 73 uşaq və qadın ölüb

İsrailin Tehrana hücumları nəticəsində 73 qadın və uşaq ölüb. SİA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sosial şəbəkədə yazıb. “Tehranda son üç həmlədə 73 qadın və uşaq öldürülüb; Çəmran yaşayış kompleksində 20 uşaq öldürülüb, 10 nəfər hələ də 48 saat sonra dağıntılar altında qalıb”, – o qeyd edib. Onun sözlərinə görə, “İsrail təbliğatı” zərbələri “cərrahi dəqiqliklə, yaşayış yerlərinə zərər vermədən” həyata keçirdiyini iddia etsə də, reallıqda İsrail Müdafiə Qüvvələrinin “cərrahi dəqiqliyi” “ailələr, uşaqlar və qadınları hədəfə almaq”dan ibarət olur.

Daha çox

Monqolustanda qızılcaya yoluxan vətəndaşların sayı 7 mini ötüb

Monqolustanda qızılcaya yoluxanların sayı 4 gündə 6 836-dan 7 717-yə yüksəlib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər üzrə milli mərkəz məlumat yayıb. “Qızılca xəstəliyinin daha çox yayıldığı məktəblərin bayram günləri ilə bağlı bağlanması xəstəliyə yoluxma hallarının azalmasına təsir etməyib. İyunun 12-də 6 836 vətəndaşda qızılca xəstəliyi təsdiqlənibsə, iyunun 16-na bu xəstəliyə yoluxanların sayı 7 717-yə yüksəlib. Xəstələrlə fəal təmasda olan 63 052 nəfər həkim nəzarətindədir”, – məlumatda diqqətə çatdırılıb. Qurum bildirib ki, iyunun ortalarınadək ölkədə qızılcadan beş ölüm halı qeydə alınıb. Qızılcaya ilk yoluxmuş vətəndaşlar 2025-ci…

Daha çox

İzmirdə yanğın olub, xəstəxanadakılar təxliyə edilib

Türkiyənin İzmir vilayətinin Konak rayonunda polietilen məmulatları istehsal edən zavodda yanğın olub.. SİA xəbər verir ki, hadisə zavodun həyətindəki transformatorda qeydə alınıb. Qısa müddətdə genişlənən alov əvvəlcə zavodun binasına, daha sonra isə yaxınlıqdakı xəstəxanaya yayılıb. Əraziyə çox sayda yanğınsöndürən, təcili tibbi yardım və polis qüvvələri cəlb olunub. Alovun yayıldığı xəstəxanada təxliyə prosesi icra olunub. Yanğından havaya qalxan qara tüstü şəhərin bir çox yerindən müşahidə edilib

Daha çox

Leysan, şimşək, güclü külək…

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı,…

Daha çox

6,1 bal gücündə zəlzələ bu ölkəni silkələdi

Perunun Kallao bölgəsi sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Mərkəzi məlumat yayıb. Onun sözlərinə görə, yeraltı təkanlar saat 11:35-də (Bakı vaxtı ilə 18:35) baş verib. Zəlzələnin episentri Lima yaxınlığında yerləşən Kallao Konstitusiya əyalətindən 30 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 49 km dərinlikdə yerləşib. Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.

Daha çox

İsrail növbəti hücumları başa vurduğunu açıqladı

İsrail Məşhəd hava limanını vurub. SİA xəbər verir ki, bu haqda İsrail Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, hava limanı yaxınlığında yanacaq dolduran İran təyyarəsi partlayıb. “Hərbi Hava Qüvvələri bütün İran ərazisində hava üstünlüyünə nail olmaq üçün çalışır. Bu, İsraildən təxminən 2300 km aralıda yerləşən ən uzaqmənzilli hədəfimizdir”, – deyə ordu bildirib. İsrailin zərbəsindən sonra Məşhəd hava limanında böyük yanğın müşahidə olunur.

Daha çox

İranın nüvə obyektində zəlzələ baş verdi

İranın Fordo nüvə obyekti yaxınlığında 2,5 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə İranın Milli Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Fordo İranın uranın zənginləşdirilməsi üzrə ikinci ən böyük zavodudur. Obyektin çox hissəsi yerin altındadır. İyunun 14-də İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi bildirib ki, İsrailin Fordo nüvə obyektinə endirdiyi zərbələr məhdud ziyana səbəb olub. O, həmçinin İsfahanda bir neçə anbarın hücuma məruz qaldığını və orada yanğının baş verdiyini bildirib. Lakin iranlılar oradan mühüm avadanlıq və materialları əvvəlcədən təhlükəsiz yerə daşımağa müvəffəq olduqları üçün…

Daha çox