AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub


Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub. SİA AZAL-a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır:

• Bakı – Dammam – Bakı (J2 8205/8206)

• Bakı – Bəhreyn – Bakı (J2 505/506)

• Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

• Bakı – Lahor – Bakı (J2 145/146)

Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:

• 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı

• 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı

Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və yaxud biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Əlaqəli Xəbərlər