Bakının Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində qəza törədərək əks istiqamətdə hərəkətdə olan avtomobilin sürücüsü saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə yolda olan avtomobili vurdu, sonra isə piyada svetoforunu yararsız vəziyyətə saldı.
Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada svetoforu sıradan çıxıb, digər nəqliyyat vasitəsinə zərər dəyib. Daha sonra minik avtomobilinin sürücüsü hadisə yerindən yayınmaqla əks istiqamətdə olan yolla hərəkət etməyə çalışıb. Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücü məsuliyyətə cəlb edilib.