İran İsrailə “çox böyük zərbə”yə hazırlaşıb və yaxın vaxtlarda bunu həyata keçirməyi planlaşdırır.
SİA-nın məlumatına görə, bu barədə “Hamshahri” onlayn qəzeti Fars agentliyinə istinadən yazır.
…Yüksək səviyyəli təhlükəsizlik rəsmisi deyib ki, “İran ilk uğursuzluqdan sonra çox böyük zərbəyə hazırlaşır”.
Nəşr bunu hərbi rəsmilərdən birinin sözlərini sitat gətirir. Daha əvvəl Tasnim, İranda yaşayış binalarının vurulacağı təqdirdə İsraildə “təhlükəsiz yer qalmayacağını” bildirmişdi. Rəsmi söhbətdə əlavə edib ki, İran İsrailin yaşayış məntəqələrini vurmayacaq, lakin Tehran sərt cavab verməyə hazır olduğunu sübut edib və lazım gələrsə, bunu edəcək.
Əli Babayev