Pakistan İranla sərhədi tamamilə bağlayıb
Daha çoxDay: June 16, 2025
Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çataraq 88 % təşkil edib. SİA Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu bu ölkənin Azərbaycandakı səfiri Alim Bayel kənd təsərrüfatı sektorunun nümayəndələri ilə görüşdə bildirib. Onun sözlərinə görə, bu ilin yanvar-may aylarında Qazaxıstan Azərbaycana 450 min ton taxıl ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86 % çoxdur: “Bu həcmdə taxılın dəyəri 95 milyon ABŞ dolları olub”. O qeyd edib ki, Azərbaycanın buğda idxalında Qazaxıstanın payının artması iki ölkənin müvafiq strukturlarının əlaqələndirilmiş işi sayəsində mümkün olub. Bununla yanaşı,…
Daha çoxgeosiyasi aspektlər və qlobal çağırışlar”
İyunun 15-də – Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, vvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, tədbirdə iştirak edən dost ölkələrin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans…
Daha çoxOğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verib, təchizat 4 günlük kəsiləcək
Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının əksər ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq. SİA bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir. Məlumata görə, işlər yekunlaşdıqdan sonra suyun iyunun 20-dən suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.
Daha çoxİranın raket hücumları nəticəsində İsraildə 24 nəfər ölüb
İranın son üç gün ərzində İsrail ərazisinə endirdiyi raket zərbələri nəticəsində 24 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman sosial şəbəkələrdə məlumat verib. Onun sözlərinə görə, 24 nəfər ölüb, 592 nəfər isə yaralanıb: “Zərərçəkənlər arasında on nəfərin vəziyyəti ağır, 36 nəfər orta dərəcəli xəsarət alıb, 546 nəfərdə yüngül xəsarətlər aşkarlanıb”. D.Gendelman İsrailə ümumilikdə 370-dən çox ballistik raketin atıldığını vurğulayıb.
Daha çoxXaçmazda mənzildən meyit tapılıb
Xaçmazda mənzildən meyit tapılıb. SİA xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Daha çoxƏrdoğan və Pezeşkian telefonla danışıb, Türkiyənin vasitəçiliyi müzakirə olunub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. SİA xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Bildirilib ki, danışıqlar zamanı İsrail ilə İran arasındakı münaqişə, regional və qlobal məsələlər müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan Türkiyənin vasitəçi ola biləcəyini vurğulayıb. Məlumata görə, Prezident Ərdoğan danışıqda İsrail və İran arasındakı münaqişəli proseslə əlaqədar başqa dövlətlərin liderləri ilə danışıqlar apardığını, münaqişənin tezliklə sona çatması və nüvə danışıqlarına qayıdılması üçün rəsmi Ankaranın vasitəçi rol oynamağa hazır olduğunu bildirib. O, regionda sülh və sabitliyin qorunmasına Türkiyənin verdiyi əhəmiyyəti də qeyd…
Daha çoxAlimlər Avropada güclü meşə yanğınları təhlükəsi fonunda yeni strategiya təklif edirlər
Avropa Elmlər Akademiyaları Şurasının (EASAC) yeni hesabatında bu qitəndə intensiv və dağıdıcı meşə yanğınlarının sayında kəskin artım olacağı barədə xəbərdarlıq edilir. SİA xəbər verir ki, son illər təkmilləşdirilmiş yanğınsöndürmə üsulları sayəsində yanan torpaqların ümumi sahəsi azalsa da, yanğınların özünün xarakteri dəyişir – insan həyatı, infrastruktur və kövrək ekosistemlər üçün təhlükə yarada bilən iri, nəzarətsiz meqayanğın riski artır. Hesabatın müəlliflərindən biri, Stokholm Universitetinin professoru Tomas Elmqvist hesab edir ki, bu təhlükədən qorunmaq üçün təkcə yanğınsöndürmə xidmətlərini gücləndirmək kifayət deyil. Biomüxtəlifliyin bərpası, davamlı landşaft idarəçiliyi və qabaqlayıcı tədbirlər də daxil olmaqla hərtərəfli,…
Daha çoxMöminə xatun türbəsinin bərpası ilə bağlı müqavilə imzalanıb
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında Möminə xatun türbəsinin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə bağlanılması mərasimi və ictimaiyyətin məlumatlandırılması ilə bağlı brifinq keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirlinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Möminə xatun türbəsinin bərpa və konservasiyası istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrdən bəhs edib. Qeyd olunub ki, Möminə xatın türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib. Nəticələr barədə Nazirliyə müvafiq sənədlər təqdim olunub. Həsən…
Daha çoxAzərbaycanda məhsul festivallarının keçirilməsinə başlanılır
Azərbaycanda ümumilikdə 9 iqtisadi rayon üzrə 13 bölgədə məhsul festivallarının keçirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib. Onun sözlərinə görə, yerli istehsalın stimullaşdırılması, regionların iqtisadi potensialının tanıdılması məqsədilə keçiriləcək: “Bu festivallar iyun ayından start götürüb noyabr ayına qədər davam edəcək. İlk məhsul festivalı Samux rayonunda baş tutacaq. Bu bölgədə artıq 2-ci dəfə ərik festivalı təşkil olunacaq. Festival çərçivəsində yerli fermerlərin yetişdirdiyi ərik növləri nümayiş etdiriləcək, məhsulların satışı həyata keçiriləcək və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfat sahibləri arasında təcrübə…
Daha çox