Ermənistan malların ixrac-idxalında çətinliklər yaşayır

Ermənistan Yaxın Şərqdə gərginliyin artması səbəbindən malların ixracı və idxalında çətinliklərlə üzləşir. SİA Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib. “Biz həm idxal, həm də ixracda çətinliklərlə üzləşirik. Ümid edirik ki, münaqişə həll olunacaq və biz əvvəlki kimi İran vasitəsilə yükləri daşıya biləcəyik”, – nazir deyib. Onun sözlərinə görə, İsrail və İran arasında münaqişənin kəskinləşməsi səbəbindən Ermənistan yüklərinin bir hissəsi Bəndər-Abbas limanında və İran yollarında qalıb.

Daha çox

İsmayıllıda həyətində çətənə kolu yetişdirən şəxs tutulub

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 46 yaşlı Kamandar İbrahimov saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi 29 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini və qazanc əldə etmək məqsədilə əkdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, Kamandar İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha çox

Əkrəm İmamoğluna qarşı irəli sürülən ittihamlar açıqlanıb

Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğluna qarşı irəli sürülən ittihamlar məlum olub. SİA xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Bildirilib ki, o, “terrorla mübarizə edən şəxsləri hədəf göstərmək”, “təhqir” və “təhdid” cinayətləri üzrə mühakimə olunub. Məhkəmə prosesində Əkrəm İmamoğlu və vəkilləri iştirak ediblər. Eyni zamanda, iclasa CHP sədri Özgür Özəl və partiya üzvləri də qatılıblar. Məlumata görə, keçmiş sədr “dövlət məmuruna qarşı vəzifəsindən dolayı açıq şəkildə təhqir”, “təhdid” və “terrorla mübarizədə vəzifə almış şəxsləri hədəf göstərmək” cinayətlərinə görə 2 il 8 aydan 7 il 4 aya…

Daha çox

Lənkəranda 18 kiloqram narkotik aşkarlanıb

Lənkəranda 18 kiloqram narkotik vasitə aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı Şamaxı sakini 65 yaşlı Əzizağa Səlimli, əvvəllər olunmuş Cəlilabad sakinləri – 42 yaşlı Rəcəb Mahmudov və 44 yaşlı Anar İsmayılov saxlanılıblar. Verilən məlumata görə, həmin şəxslərdən 18 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanıb. İlkin araşdırma zamanı onların şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqları və narkotik…

Daha çox

İran parlamenti yeni iqtisadiyyat nazirini təsdiqləyib

İran parlamentinin iclasında Seyid Əli Mədənizadə səslərin çoxunu toplayaraq İslam Respublikasının iqtisadiyyat naziri olub. SİA xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb. Onun namizədliyini İran Prezidenti Məsud Pezeşkian bir neçə gün öncə təqdim edib. Bildirilib ki, Əli Mədənizadə 1982-ci ildə İranda anadan olub. Son illərin iqtisadiyyat sahəsində ən görkəmli simalarından sayılır. O, Şərif adına Texnologiya Universitetinin elektrotexnika üzrə magistr dərəcəsinə, Stanford Universitetinin hesablama riyaziyyat üzrə magistr dərəcəsinə və Çikaqo Universitetinin iqtisadiyyat üzrə doktorluq dərəcəsinə malikdir. Mədənizadə Şərif Texnologiya Universitetinin prezidentidir. Onun bilik sahələrinə makroiqtisadiyyat, pul-kredit və fiskal siyasət, beynəlxalq ticarət,…

Daha çox

İsrail heç bir “qırmızı xətt”ə riayət etmir

İran Silahlı Qüvvələri İsraili aciz vəziyyətə salacaq, çünki o, heç bir “qırmızı xətt”ə riayət etmir. SİA “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf iyunun 16-da ali qanunverici orqanda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, İran Silahlı Qüvvələri düşmənə əsl cəhənnəm yaşadacaq və bütün dünya onun əzablarının şahidi olacaq. M.Qalibaf deyib ki, müxtəlif millətlərdən və cərəyanlardan ibarət olan İran xalqı düşmənə qarşı birləşib və Silahlı Qüvvələri dəstəkləyib. İran parlamentinin sədrinin qənaətincə, İsrail İslam Respublikasındakı agentləri vasitəsilə ölkə daxilinə zərbələr endirir: “İsrail hücumu təkcə xaricdən deyil,…

Daha çox

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu, habelə İsraildəki səfirliyi ölkə vətəndaşlarının qaynar xəttlərə daxil olan müraciətlərini nəzərdən keçirir və zəruri tədbirlər görür: “Bununla əlaqədar, ilkin olaraq, İrandakı səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhədindən keçidi təmin olunub. Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir”.

Daha çox

Həftəsonu vətəndaşların bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

Vətəndaşların bank kartlarından İyunun 14-də və 15-də 5 min manatdan çox pul oğurlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, kiberdələduzlara verilən hər məlumat bank kartınızdan oğurluq riskini artırır: “Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının qorunmasına xüsusi diqqət yetirməyə çağırır. İyunun 14-də və 15-də bir sıra şəxslərin bank hesablarından 1400, 770, 500, 400, 362, 332, 317, 308, 280, 280, 170, 110, 50 və 19 manat kiber üsulla oğurlanıb”. Məlumatda qeyd olunub ki, bu cür cinayətlər əsasən, naməlum nömrələrdən gələn zəng və…

Daha çox