Hazırda Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatır. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 16-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Düşən yağıntının miqdarı Zaqatalada 45, Qaxda 38, Balakəndə 15, Lənkəranda 12, Lerikdə 7, Yardımlı, Tovuzda 4, Ceyrançöl, Şəki, Qusar, Ağstafada 3, Astara, Daşkəsən, Mingəçevirdə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Göygöl, Şəmkir, Şamaxı, Naftalan, Goranboy, Gədəbəy, Gəncə, Şəmkir, Beyləqan, Oğuz, Şahdağ, Qubada 1 mm-dir. Hazırda qərb küləyi əsir, küləyin…
Daha çoxDay: June 16, 2025
İsrail Müdafiə Qüvvələri İranın silah istehsalı obyektlərinə zərbə endirdiyini açıqlayıb
İsrail Müdafiə Qüvvələri İranın silah istehsalı obyektlərinə silsilə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. “İsrail Müdafiə Qüvvələri İran rejiminin silah istehsal imkanlarını pozmaq üçün geniş hücum dalğasını tamamlayıb. Bu gün Tehrandakı Qüds Qüvvələri, İnqilab Keşikçiləri və İran Ordusunun infrastrukturuna qarşı həyata keçirilmiş geniş hücum dalğasının davamı olaraq İran ərazisində çoxsaylı silah istehsalı obyektlərinə hücumlar edilib”, – məlumatda qeyd olunub. Xatırladaq ki, daha əvvəl “Sepah” kəşfiyyat rəisi və onun silahdaşlarının öldüyünü təsdiqləmişdi.
Daha çoxTalaçaydan sel keçir
Avtomat hidroloji stansiyaların iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, yağan leysan xarakterli yağışlar nəticəsində hazırda Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir. Böyük Qafqaz ərazisindən axan Katexçayda 23 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçay-Bozluda 9 sm artım qeydə alınır. Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 17 sm artıb, su sərfi 321 m3/san olmaqla normanın 54%-ni, Qanıx-Cəlayir məntəqəsində isə 32 sm artıb, su sərfi 172 m3/san olmaqla normanın 102%-ni təşkil…
Daha çoxİran hava məkanını bağladı
İran hava məkanını bu gün günorta saatlarınadək bağlayıb. SİA xəbər verir ki, bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatı məlumat yayıb. “İranın hava məkanı bazar ertəsi yerli vaxtla 14:00-dək bağlı olacaq” – məlumatda qeyd olunur.
Daha çoxİsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı AÇIQLANDI
İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində 224 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi bildirib. “1277 nəfər xəsarət alıb. Onların 90%-dən çoxu mülki şəxslərdir”, – deyə Səhiyyə Nazirliyi bildirib.
Daha çoxQızıl və gümüş ucuzlaşdı
Qızıl və gümüş ucuzlaşdı
Daha çoxİsrailin İrana hücumuna görə məsuliyyəti ABŞ-də daşıyır
İsrailin İrana qarşı həyata keçirdiyi hücumların məsuliyyəti ABŞ-ninüzərinə düşür. SİA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib. “ABŞ beynəlxalq hüququn bütün normalarını pozaraq İsrailə İrana qarşı hücumlar etməyə icazə verir”, – o qeyd edib. Prezidentin sözlərinə görə, ABŞ-nin bu davranışı bölgədə gərginliyin artmasına səbəb olur və təhlükəsizliyi ciddi təhdid altına alır. Xatırladaq ki, son günlər İsrail və İran arasında münasibətlər kəskin şəkildə gərginləşib.
Daha çoxTürkiyədə avtomobil aşıb, üç nəfər ölüb
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi olub. SİA xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Hadisə Qazinatep vilayətində qeydə alınıb. Uçurumdan aşan avtomobildə 3 nəfər ölüb, bir uşaq isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Daha çoxİsrailin Tehrana zərbələri nəticəsində 73 uşaq və qadın ölüb
İsrailin Tehrana hücumları nəticəsində 73 qadın və uşaq ölüb. SİA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sosial şəbəkədə yazıb. “Tehranda son üç həmlədə 73 qadın və uşaq öldürülüb; Çəmran yaşayış kompleksində 20 uşaq öldürülüb, 10 nəfər hələ də 48 saat sonra dağıntılar altında qalıb”, – o qeyd edib. Onun sözlərinə görə, “İsrail təbliğatı” zərbələri “cərrahi dəqiqliklə, yaşayış yerlərinə zərər vermədən” həyata keçirdiyini iddia etsə də, reallıqda İsrail Müdafiə Qüvvələrinin “cərrahi dəqiqliyi” “ailələr, uşaqlar və qadınları hədəfə almaq”dan ibarət olur.
Daha çoxMonqolustanda qızılcaya yoluxan vətəndaşların sayı 7 mini ötüb
Monqolustanda qızılcaya yoluxanların sayı 4 gündə 6 836-dan 7 717-yə yüksəlib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər üzrə milli mərkəz məlumat yayıb. “Qızılca xəstəliyinin daha çox yayıldığı məktəblərin bayram günləri ilə bağlı bağlanması xəstəliyə yoluxma hallarının azalmasına təsir etməyib. İyunun 12-də 6 836 vətəndaşda qızılca xəstəliyi təsdiqlənibsə, iyunun 16-na bu xəstəliyə yoluxanların sayı 7 717-yə yüksəlib. Xəstələrlə fəal təmasda olan 63 052 nəfər həkim nəzarətindədir”, – məlumatda diqqətə çatdırılıb. Qurum bildirib ki, iyunun ortalarınadək ölkədə qızılcadan beş ölüm halı qeydə alınıb. Qızılcaya ilk yoluxmuş vətəndaşlar 2025-ci…
Daha çox