Şimali Makedoniya Respublikası Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi iyunun 18-də Bakıda Zəfər parkını ziyarət edib. SİA xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Şimali Makedoniya Respublikası Assambleyasının sədri Zəfər abidəsinin önünə əklil qoyub. Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı…

Daha çox

“Ailə anlayışında mühüm dəyişikliklər baş verib”

“Müasir dövrdə cəmiyyətin inkişafı ilə paralel olaraq ailə anlayışında da mühüm dəyişikliklər baş vermişdir. Xüsusilə, şəhərləşmə prosesi və texnologiyanın sürətli inkişafı ailə quruluşuna, ailə üzvləri arasındakı münasibətlərə və rol bölgüsünə ciddi təsirlər göstərmişdir”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, bu dəyişikliklər bir tərəfdən həyat şəraitini asanlaşdırsa da, digər tərəfdən ailə dəyərlərində və funksiyalarında yeni çağırışları da gündəmə gətirmişdir: “Ənənəvi kənd həyatında geniş ailə tipi – nənə, baba, valideynlər və uşaqların bir yerdə yaşadığı model daha çox üstünlük təşkil edirdi. Şəhərləşmə…

Daha çox

BTC ilə neft tranziti Qazaxıstanın enerji təhlükəsizliyini gücləndirir

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Qazaxıstan neftinin ixracının genişləndirilməsi geosiyasi risklərin və tranzit dövlətlərdən asılılığın azalmasına kömək edir ki, bu da öz növbəsində, ölkənin enerji təhlükəsizliyini gücləndirir. SİA xəbər verir ki, bu, “Astana” Beynəlxalq Maliyyə Mərkəzi və ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) hazırladığı iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri haqqında analitik hesabatda öz əksini tapıb. Sənəddə qeyd olunur ki, neft-qaz sektorunda Qazaxıstan və Azərbaycan neftin xüsusilə BTC neft kəməri vasitəsilə ixracı üçün alternativ marşrutların inkişafı hesabına əməkdaşlığı gücləndirir. “Qazaxıstan və Azərbaycan zəngin enerji ehtiyatlarına…

Daha çox

Azərbaycan və Serbiya ombudsmanları arasında Anlaşma Memorandumu imzalanıb

Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva ilə Serbiya Respublikasının Vətəndaşlarının Müdafiəçisi Zoran Paşaliç arasında Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, memorandumun əsas məqsəd qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması, institusional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsidir. Ombudsman Səbinə Əliyeva imzalanmış Anlaşma Memorandumunun hər iki ölkənin ombudsman təsisatları arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə şərait yaradacağını qeyd edib.

Daha çox

Batumidə Azərbaycanın üç əlamətdar hadisəsi qeyd edilib

Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü ilə ölkənin müasir tarixində xüsusi önəm daşıyan üç əlamətdar hadisəyə – 15 İyun – Milli Qurtuluş Günü”, 26 İyun – Silahlı Qüvvələr Günü və 2025-ci ilin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunmasına həsr edilmiş dəyirmi masa keçirilib. Baş Konsulluqdan SİA-ya bildirilib ki, tədbirdə konsulluğun əməkdaşları ilə yanaşı, Gürcüstanın Acarıstan bölgəsində təhsil alan azərbaycanlı tələbələr, diaspor təşkilatlarının təmsilçiləri, ictimai xadimlər, Gürcüstanın Beynəlxalq İnvestorlar Assosiasiyasının nümayəndələri, media mənsubları və yerli azərbaycanlı icma üzvləri iştirak ediblər. Baş konsul Fuad Əzizov tədbiri açaraq,…

Daha çox

Azərbaycan nümayəndə heyəti BTİ Şurasının illik sessiyasında iştirak edir

Bu gün İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyası işinə başlayıb. İclasda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin təmsilçilərindən ibarət heyət iştirak edir. Nazirlikdən SİA-ya verilən məlumata görə, təşkilatın idarəedici orqanı olan Şura BTİ-nin fəaliyyətinin əlaqələndirilməsinə, müvafiq konvensiyaların tətbiqinə, o cümlədən təşkilatın büdcə və maliyyə resurslarına nəzarəti həyata keçirir. Azərbaycan 26 sentyabr – 14 oktyabr 2022-ci ildə Buxarest şəhərində BTİ-nin Səlahiyyətli Konfransında Şuraya üzv seçilib və bu orqanda Şurada təmsil olunan 48 ölkədən biri olub. Sessiya…

Daha çox

Zakir Həsənov Belarusun müdafiə müəssisəsində olub

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa rəsmi səfəri çərçivəsində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Mərkəzi Komanda Məntəqəsinə baş çəkib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Öz növbəsində, Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Z.Həsənova Belarusun HHM komplekslərinin imkanları nümayiş etdirilib. “Azərbaycanın müdafiə naziri həmçinin Belarusun müdafiə müəssisəsində olub”, – məlumatda vurğulanıb.

Daha çox

Naxçıvanda yeni qurum yaradılıb, rəis təyin olunub

Naxçıvan Muxtar respublikasında (MR) yeni qurum yaradılıb, rəis təyin olunub. SİA xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsi yaradılıb. Bu gün keçirilən təqdimat mərasimində regional bölməyə yeni rəis də təyin edilib. ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun müvafiq əmri ilə Səttar Şəmsəddin oğlu Nəsirov 14 saylı Naxçivan regional bölməsinin rəisi təyin olunub. Digər əmrlə Sabir Rzayev qurumun rəis müavini təyin edilib.

Daha çox

Dövlət Ehtiyatları Agentliyi auditor seçir

Dövlət Ehtiyatları Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 155 manatdır. İddiaçılar təkliflərini iyulun 10-na qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 152 ünvanına təqdim edə bilərlər. Təkliflərə iyulun 10-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bu tenderin qalibi “Nexia EA” QSC olub. Şirkətə 41,3 min manat ödənilib.

Daha çox

İlham Əliyev Bolqarıstan Milli Assambleyasının sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselovanı qəbul edib. SİA xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin strateji xarakter daşıdığını deyərək, əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərləri və həyata keçirilən birgə layihələri qeyd etdi. Siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı son illərdə enerji sahəsində aktiv qarşılıqlı fəaliyyətin həyata keçirilməsindən məmnunluğunu bildirdi. Azərbaycan Prezidenti Nataliya Kiselovanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısında iştirakının önəminə toxundu, səfərin səmərəli olacağına və ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan…

Daha çox