“Müasir dövrdə şəxsi inkişaf və psixoloji sağlamlıq mövzularında tez-tez bir ifadəyə rast gəlirik: “Özünü sev.” Motivasiya kitabları, seminarlar, sosial şəbəkələrdəki paylaşımlar insanlara özlərini sevməyi, dəyərləndirməyi tövsiyə edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Brainspotting terapisti Pərvanə Musayeva deyib. O bildirib ki, lakin bu çağırış bəzən yanlış anlaşılır və “özünü sevmək” eqoistlik kimi başa düşülür: “Bəs həqiqətdə özünü sevmək eqoistlikdirmi, yoxsa sağlam psixologiyanın bir təzahürüdür? Özünü sevmək nədir? Özünü sevmək insanın öz dəyərini və və özünün bütün xüsusiyyətlərini qəbul etməsi, öz ehtiyaclarına hörmət etməsi və daxili harmoniyasını qorumasıdır. Özünü sevən insan: Öz…
Daha çoxDay: June 18, 2025
Sabah 34 dərəcə isti olacaq
Azərbaycanda iyunun 19-da havanın yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə…
Daha çox“Metrodan istifadə edənlərin sayının azalması ehtimalı reallığa uyğun görünmür”
“Metrodan istifadə edənlərin sayının azalması ehtimalı reallığa uyğun görünmür. Bu barədə konkret statistikaya istinad verilmədiyi halda belə, müşahidələr göstərir ki, Bakı Metropolitenində sərnişin axını sabit səviyyədədir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. Onun sözlərinə görə, günün pik saatlarında metro qatarlarında və platformalarda müşahidə olunan sıxlıq bunu təsdiqləyir: “Bu da onu göstərir ki, metrodan istifadə edən sərnişin sayı yetərincə çoxdur və kütləvi ictimai nəqliyyat vasitəsi kimi effektiv fəaliyyətini davam etdirir. Əlbəttə, mövsümi dəyişikliklər – xüsusilə yay aylarında tətil mövsümünün başlaması ilə əlaqədar müəyyən fərqlər müşahidə oluna bilər. Lakin…
Daha çoxMilli Məclisin sədri Bolqarıstana səfərə dəvət edilib
Bolqarıstan Xalq Məclisinin sədri Nataliya Kiselova Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı Bolqarıstana rəsmi səfərə dəvət edib. SİA Bolqarıstan parlamentinə istinadən xəbər verir ki, bu məsələ Qafarova və Kiselovanın ötən gün Bakıda keçirilən görüşündə müzakirə olunub.
Daha çoxMənəvi Dəyərlərin Təbliği Fondu məscidlərdə “Hər məsciddə kitabxana” layihəsinə başlayır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu məscidlərdə “Hər məsciddə kitabxana” layihəsinə başlayır. SİA xəbər verir ki, layihənin məqsədi məscidlərin maarifləndirici rolunu gücləndirmək, milli-mənəvi və dini dəyərləri, icma üzvləri, xüsusilə gənclər arasında mütaliə mədəniyyətinin formalaşmasını təşviq etməkdir. Kitabxanaların yaradılması məscidlərin sosial və mədəni funksiyalarını zənginləşdirməklə, onların yalnız dini ibadət yeri kimi deyil, eyni zamanda elm və maarifləndirmə məkanı kimi fəaliyyətini təbliğ edəcək. Layihə 250 şəhər, qəsəbə və kənd məscidini əhatə edəcək. Fond tərəfindən il ərzində dini ibadətgahlara kitab rəflərinin və 100 adda olmaqla ümumilikdə 25 min…
Daha çoxAzərbaycan ŞƏT-in İKT üzrə məsul qurum rəhbərlərinin görüşündə təmsil olunub
Azərbaycan Çinin Karamay şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətlərinin İKT sahəsinə məsul nazirlik və agentlik rəhbərlərinin 4-cü görüşündə təmsil olunub. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, tədbirdə çıxış edən qurumun aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən yeni təşəbbüs və layihələr barədə iştirakçılara ətraflı məlumat verib. O, Azərbaycanın ŞƏT-ə üzv dövlətlər ilə gələcək əməkdaşlığa hazır olduğunu bir daha vurğulayıb və təşkilatın regional inkişaf istiqamətindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Səfər çərçivəsində nazirlik rəsmisi “Huawei” şirkətinin bir sıra…
Daha çox“Azərbaycan həmişə dinc birgəyaşayışa və dialoqa önəm verib”
“Azərbaycan həmişə dinc birgəyaşayışa və dialoqa önəm verib”. SİA xəbər verir ki, bunu Milli Məclisin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) sədri Sahibə Qafarova Bakıda keçirilən QDİƏT PA-nın 65-ci plenar sessiyasında bildirib. O qeyd edib ki, Azərbaycan regionda həll yollarının birgə araşdırıldığı, sülh və əməkdaşlığa önəm verən ölkələrdən birinə çevrilib: “Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycan bütün sahələrdə ciddi uğurlara imza atıb. Ölkəmiz regional və qlobal gündəliyin formalaşdırılmasında da öz dəstəyini verir. Azərbaycan İkinci Dünya Müharibəsindən sonra işğal altındakı torpaqlarını azad etmiş və ərazi bütövlüyünü bərpa…
Daha çoxVladimir Putinin atasının mükafat siyahısı təqdim olunub…
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) Rusiya prezidenti Vladimir Putinin atası Vladimir Spiridonoviç Putinin mükafat siyahısı təqdim olunub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Vladimir Spiridonoviç Putin müharibə veteranıdır; 1950-ci illərdə vaqonqayırma zavodunda mühafizəçi, sonra isə zavodda usta işləyib. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun bu il ziyarətçilərinə təklif olunan menyu da onlayn rejimdə peyda olub. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin iyunun 20-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumun plenar iclasında çıxış edəcək. Forumun özü iyunun 18-dən 21-dək Şimali paytaxtda keçiriləcək. Bundan əlavə, dövlət başçısı dünyanın aparıcı xəbər agentliklərinin…
Daha çoxStrateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. Agentlikdən SİA-ya verilən məlumata görə, ali hüquq, informasiya texnologiyaları ixtisaslı (kompüter biliklərinə malik olan) o cümlədən, idman sahəsi üzrə müvafiq nailiyyətlər əldə etmiş, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, sonuncu meyar üzrə boyu 1.85 sm-dən aşağı olmayan, mütənasib bədən quruluşlu, 26 yaşınadək hərbi vəzifəlilər (qadınlar istisna olmaqla) iyunun 30-dan iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla digər günlərdə) saat 14:00-dan 18:00-dək Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsində fəaliyyət göstərən…
Daha çoxQDİƏT PA-nın 65-ci plenar sessiyasının iştirakçıları Qarabağa səfər edəcəklər
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Bakıda keçirilən 65-ci plenar sessiyasının iştirakçıları sabah işğaldan azad olunmuş ərazilərə səfər edəcəklər. SİA xəbər verir ki, bunu Milli Məclisin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) sədri Sahibə Qafarova Bakıda keçirilən QDİƏT PA-nın 65-ci plenar sessiyasında deyib. O qeyd edib ki, nümayəndələr azad edilmiş ərazilərdəki vəziyyətlə tanış olacaqlar.
Daha çox