FHN təlim keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində “Dənizdə neft dağılmalarının ləğvi” mövzusunda taktiki təlim keçirib. SİA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd sularda mümkün qəzaların, o cümlədən neft və neft məhsullarının dağılması ilə əlaqədar yarana bilən fövqəladə hallara çevik reaksiyanın verilməsi məqsədilə şəxsi heyətin praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub. FHN-in Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti tərəfindən təşkil olunan təlimdə, həmçinin SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin və “Azneft” İB-nin nümayəndələri müşahidəçi qismində iştirak ediblər. Təlimə bir ədəd yedək gəmisi, beş ədəd xüsusi təyinatlı kater və…

Daha çox

Qızılın qiyməti yenidən artmağa doğru yönəlib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərinin qiyməti dünənki azalmadan sonra artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,23% artaraq 3 414,9 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,59% artaraq 37,37 ABŞ dolları olub.

Daha çox

Azərbaycanda daha əlçatan məhkəmə sistemi qurulacaq

Qloballaşan dünya inkişaf etdikcə, qarşımıza yeni çağırışlar və yeni tələblər çıxır, bu baxımdan gələcəyin məhkəmə sistemi yalnız hüquqi islahatlarla deyil, həm də texnoloji inkişaflarla güclənəcək. SİA xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda deyib. O bildirib ki, süni intellekt, rəqəmsal texnologiyalar və avtomatlaşdırma sahələrindəki yeniliklər məhkəmə proseslərini daha sürətli, şəffaf və ədalətli etmək üçün böyük imkanlar yaradacaq: “Virtual məhkəmələr, video-konfranslar və elektron imzalar vasitəsilə hüquqi xidmətlərə daha geniş çıxış təmin ediləcək və nəticədə daha əlçatan bir…

Daha çox

QDİƏT PA-nın 65-ci plenar sessiyasının iştirakçıları Fəxri xiyabanı ziyarət edib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının iştirakçıları iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər. SİA xəbər verir ki, qonaqlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini dərin hörmət və ehtiramla anıblar. QDİƏT PA 65-ci plenar sessiyasının iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını da ziyarət ediblər.

Daha çox

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,79 ABŞ dolları, yaxud 5 % artaraq 79,58 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 77,47 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,79 ABŞ dolları və ya 5,09 % artaraq 78,25 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

İsrail İrandakı istehsal obyektlərinə silsilə hücumlar həyata keçirib

Son bir neçə saat ərzində İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox döyüş təyyarəsi Tehran ərazisindəki hərbi istehsal obyektlərinə silsilə hücumlar həyata keçirib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, İranın nüvə silahı proqramına zərər vurmaq səyləri çərçivəsində Tehranda sentrifuqa istehsalı müəssisəsinə hücum edilib. Kütləvi hücumlar zamanı bir neçə silah istehsalı obyektinə, xüsusən də Tehranın İsrail dövlətinə doğru atdığı və atmaqda davam edən “yer-yer” raketlərinin yığılması üçün xammal və komponentlər istehsal edən obyektə zərbələr endirilib.

Daha çox

Son dövrlərdə Azərbaycanda kvadrisikllərin istifadəsi hallarında artım müşahidə olunur

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) kvadrisikllarla bağlı xəbərdarlıq edib. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata əsasən, son dövrlərdə Azərbaycanda, xüsusilə turizm və istirahət zonalarında kvadrisikllərin istifadəsi hallarında artım müşahidə olunur: “Təəssüf ki, bəzi hallarda bu nəqliyyat vasitələri yol hərəkəti qaydaları pozularaq təhlükəli formada idarə olunur. Nəticədə, konstruktiv quruluşuna görə passiv təhlükəsizlik elementləri ilə təmin olunmayan bu növ nəqliyyat vasitələri ilə törədilən qəzalar daha ağır və faciəvi nəticələrə səbəb olur”. Bildirilib ki, kvadrisikllər istər ümumi istifadədə olan yollarda, istərsə də mürəkkəb relyefə malik…

Daha çox

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. SİA xəbər verir ki, avronun məzənnəsi 0,48 % azalaraq 1,9559 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,13 % azalaraq 2,1627 manat təşkil edib. edib. Valyuta Məzənnə 1 ABŞ dolları 1,7000 1 Avro 1,9559 100 Rusiya rublu 2,1627

Daha çox

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 20-ni keçib

Rusiyanın Kiyevə genişmiqyaslı hücumu nəticəsində ən azı 21 nəfər həlak olub.Bu barədə SİA Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat verir. Bildirilib ki, ötən gecə Kiyevin Solomenski rayonunda doqquzmərtəbəli binanın dağıntıları altından daha beş nəfərin meyiti çıxarılıb. Ukrayna paytaxtında baş verən hadisə nəticəsində 21 nəfər ölüb, 134 nəfər xəsarət alıb.

Daha çox