Azərbaycanda iyunun 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,…
Daha çoxDay: June 18, 2025
Kiyevdən Rusiya ilə bağlı bəyanat
Ukrayna beynəlxalq ictimaiyyətdən Kiyevin kütləvi atəşə tutulmasını pisləməyi, onun müdafiə qabiliyyətini dəstəkləməyi və Rusiyay təzyiqi artırmağı tələb edir. SİA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda iyunun 17-nə keçən gecə baş verən hücumun müharibənin ən böyük hücumlarından biri olduğu qeyd edilib. Rus işğalçıları mülki əhalini və mülki infrastrukturu, xüsusən yaşayış binalarını, təhsil müəssisəsini və sənaye obyektlərini hədəf aldılar: “Biz əminik ki, Putin G7 liderlərinin zəif görünməsi üçün G7 sammiti zamanı qəsdən bu hücumun həyata keçirilməsini əmr edib. O, qəsdən beynəlxalq sülh səylərinə, xüsusən də ABŞ-ın…
Daha çoxZelenski Qərbdən illik 40 milyard dollar maliyyə istəyib
Sabitliyimiz üçün Ukraynaya illik 40 milyard dollar büdcə dəstəyinin verilməsi vacibdir”. SİA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “G7” liderlərinin xüsusi iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, vəsaitin ayrılması üçün “G7” liderlərinin, o cümlədən ABŞ-nin ümumi qərarı olmalıdır. Bundan əlavə, Zelenski hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün də maliyyə ayrılmasını istəyib. Ukrayna lideri əlavə edib ki, ABŞ Rusiyaya kifayət qədər təzyiq göstərməməsinə baxmayaraq, hələ də geniş qlobal maraqlara və ən çox müttəfiqə malikdir: “Biz hamımız birlikdə ən yüksək səviyyədə koordinasiya ilə işləməyə davam etməliyik. Təkcə siyasi və…
Daha çoxTürkiyə və Rusiyanın müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
İyunun 18-də Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Rusiyanın müdafiə naziri Andrey Belousovla telefonla danışıb. Türkiyə Müdafiə Nazirliyindən SİA-ya bildiriblər ki, Gülər və Belousov İran və İsrail arasında münasibətlərdəki gərginliyə diqqət yönəldərək, regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər. Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlərə xüsusi diqqət yetirilib.
Daha çoxTehranda güclü partlayışlar baş verdi
Tehranda güclü partlayışlar baş verdi
Daha çoxHava məkanı daha bir gün bağlı qalacaq
İraq ölkənin hava məkanında mülki aviasiya uçuşlarına qoyulan qadağanı daha bir gün uzadıb. SİA xəbər verir ki, bu barədə ölkə üzərindən aviasiya hərəkətinə cavabdeh olan Bağdad Uçuş İnformasiya Bölgəsinə nəzarət xidməti məlumat yayıb. Beləliklə, regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar iyunun 13-nə keçən gecə uçuşların dayandırıldığı hava məkanı altıncı gün də bağlı qalacaq.
Daha çoxİsrail ölkədəki əcnəbilər üçün viza müddətini uzatdı
İsrail ölkədəki əksər əcnəbilərin viza müddətini uzadıb. SİA xəbər verir ki, bu haqda İsrail Miqrasiya İdarəsi bəyanat yayıb. Miqrasiya İdarəsinin bəyanatında deyilir ki, İrana qarşı hərbi əməliyyatların başlandığı vaxtda qanuni olaraq İsraildə olan əcnəbi vətəndaşlar üçün viza avtomatik olaraq cari ilin 30 sentyabrına qədər uzadılıb. Bu uzadılma turist, iş, könüllü, tələbə və bir sıra digər vizalara təsir edəcək. Qeyd olunur ki, bütün sənədlər avtomatik olaraq uzadılır, ona görə də Daxili İşlər Nazirliyinin idarələrinə getməyə ehtiyac yoxdur.
Daha çoxİsrail qırıcısı vuruldu
İranın hava hücumundan müdafiə qüvvələri ölkənin cənub-qərbində İsrail Müdafiə Qüvvələrinə məxsus qırıcı təyyarəni vurub. SİA xəbər verir ki, bu barədə İranın “MehrNews” agentliyi məlumat yayıb. İran tərəfinin məlumatına görə, təyyarə Çaharmahal və Bəxtiyari əyaləti üzərində vurulub. Təyyarənin pilotu katapult etməyi bacarıb. İndi onu əsir götürmək üçün axtarırlar. Tehranın məlumatına görə, bu, iyunun 13-dən bəri vurulan ikinci İsrail qırıcısıdır. Lakin Qərbi Qüdsdə məhv edilmiş “F-35” və əsir götürülən İsrail pilotu ilə bağlı əvvəlki xəbərlər təkzib edilib. Ümumilikdə İran hava hücumundan müdafiə qüvvələrinin beş il ərzində beş İsrail hərbi təyyarəsini vurduğunu iddia…
Daha çoxAvstriya ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib
OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində Avstriyanın iqtisadiyyat, enerji və turizm üzrə federal naziri ilə görüşdə iqtisadi-ticarət, enerji, sənaye, texnologiya və digər sahələrdə əməkdaşlıq müzakirə olunub. SİA xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Vyanada OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində Avstriyanın iqtisadiyyat, enerji və turizm üzrə federal naziri Volfqanq Hatmansdorfer ilə görüşüb. Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin ikitərəfli iqtisadi münasibətlərin inkişafı baxımından vacib olduğu vurğulanıb. Azərbaycanda əlverişli işgüzar mühit, investorlar üçün yaradılmış imkanlar haqqında məlumat verilib. Avstriya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyət göstərdikləri qeyd olunub. Ticarət və investisiya əlaqələrinin inkişafında…
Daha çoxTramp İranla danışıqlardan imtina etdi
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə təyin olunmuş yerdə İranla danışıqlar aparmaq planından imtina edib. SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb. “Tramp hələlik yüksək vəzifəli məmurları iranlılarla görüşmək və razılaşmaya vasitəçilik etmək üçün Yaxın Şərqdəki qarşılıqlı razılaşdırılmış yerə göndərməkdən imtina edib”, – deyə telekanal bildirib. CNN mənbələrinin məlumatına görə, Tramp indi əvvəlki mövqeyindən uzaqlaşaraq daha şahin mövqeyə keçir və İsrailin İrandakı əməliyyatına qoşulmaq ideyasını ciddi şəkildə düşünməyə başlayıb. Qeyd edilib ki, İranın bəzi addımları Trampı yenidən danışıqlara qayıtmağa sövq edə bilər. Bundan əvvəl Tramp Yaxın Şərqdəki vəziyyətlə…
Daha çox