QDİƏT PA-nın 65-ci plenar sessiyasının iştirakçıları Qarabağa səfər edəcəklər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Bakıda keçirilən 65-ci plenar sessiyasının iştirakçıları sabah işğaldan azad olunmuş ərazilərə səfər edəcəklər. SİA xəbər verir ki, bunu Milli Məclisin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) sədri Sahibə Qafarova Bakıda keçirilən QDİƏT PA-nın 65-ci plenar sessiyasında deyib. O qeyd edib ki, nümayəndələr azad edilmiş ərazilərdəki vəziyyətlə tanış olacaqlar.

Daha çox

Türkiyənin sahil şəhərlərini yaxta turları ilə kəşf edin

Üç tərəfdən Aralıq, Egey və Qara dənizlə əhatə olunan Türkiyə yaxta turizmi üçün unikal bir məkan sayılır. SİA xəbər verir ki, Ölkənin geniş sahil zolaqları, təmiz çimərlikləri və füsunkar körfəzləri dəniz səyahəti sevənlər üçün əsl cənnətdir. Türkiyənin sahilboyu bölgələrində yerləşən müasir marinalar yüksək səviyyəli xidmətləri və infrastruktur imkanları ilə yaxta sahiblərini qarşılayır. Burada sakit və komfortlu şəkildə dənizdə üzmək istəyənlər üçün hər cür şərait yaradılıb. Bu marinada təkcə müasir dayanacaq və texniki dəstək yox, həm də qonaqların istirahətini zənginləşdirən restoranlar, spa mərkəzləri, fitness zalları və ticarət obyektləri kimi müxtəlif imkanlar…

Daha çox

Dənizkənarı Bulvar İdarəsi ötən il 3 milyon manatdan çox xalis mənfəət əldə edib

Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2024-cü ili 3,209 milyon manat mənfəətlə başa vurub. SİA qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 25,6 dəfə çoxdur. Ötən il DBİ-nin əsas əməliyyat gəlirləri 5,715 milyon manat (əvvəlki ilə nisbətən 3,45 dəfə az), sair əməliyyat gəlirləri 16,895 milyon manat (əvvəlki il olmayıb), istiffadə etdiyi materialların dəyəri 825 min manat (əvvəlki il olmayıb), insan resursları üzrə xərcləri 14,041 milyon manat (18,9 % çox), amortizasiya və köhnəlmə xərcləri 1,442 milyon manat (16,4 % az), digər əməliyyat xərcləri 3,024 milyon manat (15 % az),…

Daha çox

Bakıda TDT ölkələrinin məhkəmə şuralarının 3-cü iclası keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilir. SİA xəbər verir ki, konfransda Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov, Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzdenin çıxışı nəzərdə tutulub, həmçinin Türkiyənin Hakimlər…

Daha çox

57 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cari ilin 5 ayı ərzində əlilliyi olan şəxslərə 57 min reabilitasiya vasitəsi verilib. SİA xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. Bildirilib ki, onlardan 4,2 mindən çoxu təkərli oturacaq (o cümlədən 41-i mühərrikli təkərli oturacaq), 1,1 mini aşağı və yuxarı ətraf protezi, 2,7 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 4,1 min cüt protez və ortopedik ayaqqabı, 560-dan çox eşitmə aparatı, korset və s. reabilitasiya vasitələri təqdim olunub. Yanvar-may aylarında əlilliyi…

Daha çox

“QDİƏT ölkələri süni intellekt üçün hüquqi baza formalaşdırmalıdır”

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələr süni intellekt sahəsində hüquqi çərçivələr formalaşdırmalıdır. SİA xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) plenar iclasında bildirib. Onun sözlərinə görə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri ortaq tarix, mədəniyyət və sülh arzusu birləşdirir: “Bizim fəaliyyətimiz vacib prinsiplərə əsaslanır. Buraya demokratiya, hörmət, etimad kimi dəyərlər daxildir. Qəbul etdiyimiz qərarlar söz olaraq qalmamalıdır. Onlar konkert addımlarla müşayiət olunmalıdır. Belə ki, təşkilata üzv ölkələr arasında dialoq real siyasətə çevrilməlidir. Biz şəffaf…

Daha çox

Psixoloqlar müsahibəyə cəlb olunacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində ixtisas üzrə minimum 38 bal, İKT üzrə minimum 6 bal, məntiq üzrə isə minimum 10 bal toplayan namizədlər müsahibəyə cəlb olunacaqlar. Bu barədə SİA-ya İdarədən məlumat verilib. Müsahibənin vaxtı və məkan haqqında məlumat öncədən SMS vasitəsilə namizədlərə göndəriləcək. Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər.

Daha çox

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək

İyunun 20-də, saat 09:30-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Laçın, Xocalı rayonları və Naftalan şəhərinin sakinlərini qəbul edəcək. SİA nazirliyə istinadən xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək. Qəbula iyunun 19-na qədər nazirliyin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Daha çox

QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil verilib

QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil verilib. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) sədri Sahibə Qafarova QDİƏT PA –nın Bakıda keçirilən 65-ci plenar sessiyasında bildirib. O, sədrliyi həmkarı Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselovaya təhvil verdiyini xatırladıb.

Daha çox

Böyük Britaniya Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir

Britaniyanın müdafiə naziri Con Healey Kral Hərbi Hava Qüvvələrinə aid əlavə təyyarələri Yaxın Şərqə yerləşdirdiklərini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Britaniyanın müdafiə naziri Con Healey Kral Birləşmiş Xidmətlər İnstitutunda keçirilən konfransda gündəmlə bağlı açıqlama verib. Healey “İrandan gələn hər hansı bir təhlükədən” daha yaxşı qorunmaq üçün Yaxın Şərqə Kral Hərbi Hava Qüvvələrinə əlavə təyyarələr yerləşdirdiklərini bildirib. İngilis döyüş təyyarələrinin Yaxın Şərqə gəlməyə başladığını qeyd edən Healey, önümüzdəki günlərdə daha çox təyyarənin göndəriləcəyini qeyd edib. Healey bildirib ki, təyyarələr “heyəti qorumaq, tərəfdaşları sakitləşdirmək və gərginliyin azaldılmasına təcili ehtiyacı…

Daha çox