“Son dövrlərdə kazinolarla bağlı müzakirələr yenidən gündəmə gəlib. Bəziləri hesab edir ki, Azərbaycanda kazinoların leqallaşdırılması turizmə və iqtisadiyyata müsbət təsir edə bilər. Amma mən düşünürəm ki, bu məsələyə bir az daha dərin və realist yanaşmaq lazımdır”. Bu sözləri SİA-ya danışan turizm eksperti Ceyhun Aşurov deyib. Onun sözlərinə görə, Azərbaycanda, doğrudan da, kazinolara ehtiyac varmı, deyə sual verək: “Məncə, bu suala birmənalı “bəli” demək çətindir. Turizmin inkişafı üçün çox vacib və daha əsas məsələlər var ki, hələ tam həll olunmayıb. Məsələn, vizaların sadələşdirilməsi, bəzilərinə viza rejiminin tamamilə aradan qaldırılması, beynəlxalq hava…
Daha çoxDay: June 18, 2025
İran-İsrail savaşında məqsəd güdənlər – RAKURS
İran-İsrail savaşında məqsəd güdənlər – RAKURS
Daha çoxQəzzada son 24 saatda 144 nəfər ölüb
İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağında son 24 saatda 144 nəfər ölüb, 560 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu Qəzza zolağında qırğınlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada Qəzza zolağında son 24 saatda 144 nəfərin öldüyü, 560 nəfərin yaralandığı bildirilib. İsrailin martın 18-də atəşkəsi birtərəfli qaydada pozmasından sonra 5 min 344 fələstinlinin həlak olduğu, 17 min 839 fələstinlinin isə yaralandığı bildirilib. Son məlumatlarla İsrailin hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana ümumi itkilərin 55 min 638-ə yüksəldiyi və yaralananların sayının 55 min…
Daha çoxÇin İrandan çoxlu sayda vətəndaşını təxliyə edir
Çin Xarici İşlər Nazirliyi 791 Çin vətəndaşının İrandan təxliyə edildiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bu gün keçirdiyi növbəti mətbuat konfransında İran və İsraildəki Çin vətəndaşlarının təxliyyə prosesi ilə bağlı məlumat verib. Quo bildirib ki, Xarici İşlər Nazirliyi və Çinin İrandakı səfirliyi və konsulluqlarının koordinasiyası və regiondakı bəzi qonşu ölkələrin fəal dəstəyi ilə indiyədək 791 Çin vətəndaşı təhlükəsiz şəkildə təxliyə edilib. Quo Jiakun bildirib ki, Xarici İşlər Nazirliyi və Çinin xaricdəki nümayəndəlikləri vətəndaşların təhlükəsizliyi və təxliyyəsi üçün hər cür dəstəyi…
Daha çox“Qızılın qiymətləri baş verən qarşıdurma fonunda artıb”
“Qızılın qiymətləri İran və İsrail arasında baş verən qarşıdurma fonunda artıb. Bu hadisə Yaxın Şərqdə daha genişmiqyaslı münaqişə ehtimalı ilə bağlı narahatlıqları artıraraq, qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında Zərgərlər Assosiasiyanın İdarə heyətinin sədrinin müavini Rövşən Əmircanov deyib. Onun sözlərinə görə, ümumilikdə, geosiyasi qeyri-sabitliklər fonunda, xüsusilə Yaxın Şərqdə İran və İsrail arasında artan gərginlik, eləcə də qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənliklər nəticəsində qızıla olan tələbat əhəmiyyətli dərəcədə yüksəlib: “Belə şəraitdə investorlar daha təhlükəsiz və sabit aktivlərə — o cümlədən qızıla — üstünlük verirlər ki, bu…
Daha çoxMilli Məcis sədrinə QDİƏTPA-nın şərəf medalı təqdim olunub
Milli Məclisin sədri Sahibə Qafarovaya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) şərəf medalı təqdim olunub. SİA xəbər verir ki, medal QDİƏTPA-nın 65-ci Baş Assambleyasının plenar iclası çərçivəsində Bolqarıstan Respublikasının Milli Assambleyasının Prezidenti Nataliya Kiselova Sahibə Qafarovaya təqdim edib.
Daha çox“İranla danışıqlar aparılmayacaq, hücumlar davam edəcək”
İsrailin xarici işlər naziri Gideon Saar münaqişənin sona çatması ilə bağlı İranla heç bir danışıqların aparılmadığını və hücumların davam edəcəyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar bəzi xarici ölkələrin Bat Yamdakı səfirlərinə məlumat verib. Saar, münaqişənin sona çatması ilə bağlı İranla heç bir danışıqların aparılmadığını və Təl-Əvivin hücumlarını davam etdirəcəyini bildirib. İrana hücumların davam edəcəyini deyən Saar qeyd edib: “Bilmənizi istəyirəm ki, heç bir danışıqlar yoxdur və biz hədəflərimizə çatana qədər əməliyyat davam edəcək”.
Daha çoxBakıda IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb
Bu gün Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, “Sürətlə dəyişən mühitdə adaptiv və çevik vergi administrasiyası” mövzusunda keçirilən texniki sessiyaya IOTA üzvü olan 40-dan çox ölkənin vergi administrasiyalarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və digər qonaqlar qatılıblar. Texniki sessiyanın açılışında Dövlət Vergi Xidmətinin rəisi, IOTA Prezidenti Orxan Nəzərli çıxış edərək təşkilatın qabaqcıl təcrübənin və rəqəmsal texnologiyaların tətbiqi sahəsində rolunu vurğulayıb, qeyd edib ki, dünyada vergi administrasiyalarının qarşısındakı çağırışlar…
Daha çox“QDİƏT ölkələri karbon emissiyalarının azaldılmasına fokuslanmalıdır“
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələr karbon emissiyalarının azaldılmasına, nəqliyyat sahəsinin səmərəli təşkilinə diqqət yetirməlidir. SİA xəbər verir ki, bunu Bolqarıstan Milli Assambleyasının Prezidenti Nataliya Kiselyova Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) plenar iclasında bildirib. Onun sözlərinə görə, iqtisadi əməkdaşlıq sahəsində əməkdaşlığın gücləndirilməsi vasitəsilə Qara dəniz regionu ölkələri üçün davamlı inkişaf və rifah təmin oluna bilər: “Bu fundamental prinsipi qorumaq bizim ümumi məqsədimiz olaraq qalmaldır. Xüsusilə də, hazırda qlobal dəyişikliklərin, hərbi münaqişələrin baş verdiyi dövrdə. Buna görə də, biz bu strategiyanın mərkəzində mehriban…
Daha çoxİki banka kiberhücum təşkil edilib – İran
İki banka kiberhücum təşkil edilib – İran
Daha çox