Sabah Azərbaycanın 3 yaşayış məntəqəsində qaz olmayacaq

Sabah Hacıqabul, Ağsu və Neftçala rayonlarının bəzi yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə xəbər istinadən verir. Bildirilib ki, diametri 250 mm PE “Qarasu-Padar” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə əlaqədar mayın 19-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Hacıqabul rayonunun Padar kəndində, eyni zamanda Ağsu rayonunun Padar Qışlaq kəndində (ümumi 483 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. Bundan başqa, “Payız-Qış” mövsümünə hazırlıqla bağlı tədbirlər planında nəzərdə tutulmuş işlərin icrası olaraq istehlakçıların təbii qaz təchizatının fasiləsiz,…

Daha çox

Azərbaycan Kağızsız Ticarət Şurasının 4-cü sessiyasında iştirak edib

Azərbaycan BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə Kağızsız Ticarət Şurasının 4-cü sessiyasında və Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin Daimi Komitəsinin 4-cü sessiyasında iştirak edib. SİA bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, Tailandın paytaxtı Banqkokda baş tutmuş tədbirdə ölkəmizi Komitə sədrinin müavini Natiq Şirinovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sessiyalar Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələlərin və fəaliyyətin müəyyən edilməsi məqsədilə keçirilib. Çərçivə Sazişinin Daimi Komitəsinin 4-cü sessiyasında prioritet vəzifələrin icrası…

Daha çox

Sabiq nazir təltif edilib

Sabiq ədliyyə naziri, hazırda Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı ilə təltif edilib. SİA xəbər verir ki, medalı Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov təqdim edib. Fikrət Məmmədov təltiflə bağlı dövlət başçısı İlham Əliyev və hazırkı Məhkəmə-Hüquq Şurasının rəhbərliyinə təşəkkür edib.

Daha çox

Ağdamın Kəngərli kəndində daha 40 ailəyə evlərinin açarları təqdim olunub

İyunun 18-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb. SİA xəbər verir ki, işğaldan azad olunmuş Kəngərliyə bu mərhələdə köçürülən 154 nəfərdən ibarət 40 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə…

Daha çox

Konstitusiya Məhkəməsi Ombudsmanın verdiyi sorğular əsasında 25 qərar və 7 qərardad qəbul edib

Konstitusiya Məhkəməsi Ombudsmanın verdiyi sorğular əsasında 25 qərar və 7 qərardad qəbul edib. SİA xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iyunun 18-də Bakıda keçirilən “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda çıxış edərkən deyib. Onun sözlərinə görə, qloballaşma prosesi, iqlim dəyişiklikləri, münaqişələr, süni intellekt texnologiyaları dövrünə keçid, digər müxtəlif istiqamətli transformasiyalar dünya üçün yeni çağırışlar yaradır: “Bu gün dünyada istər siyasi, istərsə də iqtisadi cəhətdən mürəkkəb vəziyyət hökm sürür. Hazırda bir çox dünya dövlətləri mürəkkəb siyasi sınaq qarşısındadır. Lakin bütün…

Daha çox

“İdeya İnkubasiyası Proqramı”nın final mərhələsi baş tutub

Seçilən layihələr gələcək inkişaf üçün real imkanlar qazandı “Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı ilə həyata keçirilən “İdeya İnkubasiyası Proqramı” uğurla yekunlaşıb. SİA xəbər verir ki, final mərhələsinin nəticələri ADA Universitetində təşkil olunan mükafatlandırma mərasimində elan olunub. Builki proqram çərçivəsində ADA Universitetinin tələbələrindən ibarət 10 komanda innovativ ideyaları ilə birincilik uğrunda mübarizə aparıb. Layihə müddətində yarışçılar Azercell əməkdaşları və ADA Universitetinin müəllimləri tərəfindən keçirilən təlim və mentorluq sessiyalarında iştirak edib, ölkənin startap ekosistemi ilə yaxından tanış olublar və nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdiriblər. Final mərhələsinə…

Daha çox

“Zeytun” apteklərində Tarif Şurasının qərarlarına əməl edilmədiyi üzə çıxıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən apteklər şəbəkəsi olan “Zeytun Pharmaceuticals” MMC haqqında inzibati xəta protokolu tərtib edib. Bu barədə SİA-ya Agentlikdən məlumat verilib. Bildirilib ki, şirkətin apteklərində dərman vasitəsi Tarif (qiymət) Şurasının təsdiq etdiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə əsasən (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) xəta törədilib.

Daha çox

Ermənistanın işğal siyasətinin humanitar fəsadlarından hələ də əziyyət çəkirik

Azərbaycan uzun illər işğalçılıq və etnik təmizləmə siyasətinə məruz qalmaqla yanaşı, bu siyasətin yaratdığı humanitar fəsadlardan hələ də əziyyət çəkir. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iyunun 18-də keçirilən “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumundakı çıxışında deyib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mövcud mina problemi insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaradır, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, bu ərazilərdə aparılan bərpa-quruculuq işlərinə əngəl törədir, regionda ekoloji tarazlığın pozulmasına səbəb…

Daha çox

Simpozium iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü ilə keçirilən və “Konstitusiya və Suverenlik İli”nə, həmçinin 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla…

Daha çox

Bakıda IOTA-nın 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb

Bu gün Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyasının texniki sessiyası işə başlayıb. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, “Sürətlə dəyişən mühitdə adaptiv və çevik vergi administrasiyası” mövzusunda keçirilən texniki sessiyaya IOTA üzvü olan 40-dan çox ölkənin vergi administrasiyalarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və digər qonaqlar qatılıblar. Texniki sessiyanın açılışında Dövlət Vergi Xidmətinin rəisi, IOTA Prezidenti Orxan Nəzərli çıxış edərək təşkilatın qabaqcıl təcrübənin və rəqəmsal texnologiyaların tətbiqi sahəsində rolunu vurğulayıb, qeyd edib ki, dünyada vergi administrasiyalarının qarşısındakı çağırışlar…

Daha çox