Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir. SİA xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində yer alıb. “Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət yetirilməli olan məsələ keçən əsrin əvvəllərindən başlayaraq Qərbi Azərbaycandan Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalmasıdır. Həmin dəhşətli deportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər belə…
Daha çoxDay: June 18, 2025
Uşaqlarda yaş sindromları nə ilə əlaqədardır?
“Uşaq psixologiyası müəyyən yaş dövrlərinə bölünür. Bu bölgülərin əsas məqsədi – uşaqların hansı yaş mərhələsində hansı psixoloji inkişafa malik olduqlarını, hansı çətinliklərlə qarşılaşdıqlarını və bu dövrlərdə valideynlərin hansı mövqedə dayanmalı olduqlarını müəyyən etməkdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Onun sözlərinə görə, psixoloji inkişaf zamanı müxtəlif yaş böhranları müşahidə olunur. Ən çox rast gəlinənlər arasında 3 yaş böhranı, 7 yaş böhranı və yeniyetməlik dövründə meydana çıxan mənlik böhranı qeyd oluna bilər: “Bu dövrlərin hər biri uşağın psixoloji və emosional inkişafında əhəmiyyətli mərhələ hesab olunur. Kiçik yaşlı uşaqlarda xüsusilə…
Daha çoxBinəqədi-Görədil və Binəqədi-Balaxanı yollarının kəsişməsində təmir gedir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində cari təmir işlərinə başlayıb. SİA agentliyə istinadən xəbər verir ki, sözügedən yol sahəsində aparılan təmir işləri təxminən 200 metr uzunluğunda ərazini əhatə edir. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi (sökülməsi) işləri icra olunur. Növbəti mərhələdə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Qeyd olunan təmir işləri nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti çətinliklərə səbəb ola biləcəyi üçün sürücülərdən ehtiyatlı olmaları və müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.
Daha çoxAzərbaycanın hərbi qulluqçuları Serbiyada keçirilən beynəlxalq təlimdə
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Serbiyada keçirilən “Platinum Wolf – 2025” çoxmillətli sülhü dəstəkləmə əməliyyatları təlimində iştirak edir. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, beynəlxalq təlimdə atış, piyada və texnika ilə patrulluq, yaşayış məntələrində əməliyyatlar, yoxlama məntəqələrinin qurulması, izdiham və iğtişaşların qarşısının alınması, əsirlərlə davranış, döyüş zamanı yaralılara ilkin tibbi yardımın göstərilməsi, kütləvi qırğın silahlarından mühafizə və digər mərhələlər üzrə tapşırıqlar yerinə yetiriləcək. Azərbaycan, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Bosniya və Hersoqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Şimali Makedoniya və Yunanıstan hərbçilərinin iştirak etdiyi təlim iyunun 28-dək davam…
Daha çoxBakıda “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilir
İyunun 18-də Bakıda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib. SİA xəbər verir ki, açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra məhkəmə-hüquq islahatlarının tarixi inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Beynəlxalq konfransın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov, Gürcüstan Ali…
Daha çoxAfrim Qaşi Fəxri xiyabanı ziyarət edib
Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi iyunun 18-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib. SİA xəbər verir ki, Assambleya sədri Ulu Öndərin məzarı önünə gül dəstələri düzüb, xatirəsini dərin hörmət və ehtiramla anıb.
Daha çoxBiləsuvarın 6 yaşayış məntəqəsində qaz kəsiləcək
Biləsuvar rayonunun 6 yaşayış məntəqəsində qaz kəsiləcək. SİA-nın məlumatına görə, buna səbəb “Xırmandalı” Qazpaylayıcı Stansiyasında orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsidir. Nəticədə iyunun 20-də saat 10:00-dan etibarən, işlər başa çatana qədər Biləsuvar şəhərində və rayonun 5 kəndi olmaqla, ümumilikdə 2 min 150 abonentin təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.
Daha çoxBu il vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edənləlin sayı
Bu ilin yanvar-may aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 256 215 şəxs qəbul edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, onlara 406 303 sayda xidmət göstərilib ki, bunun da 139,6 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 95,6 mindən çox isə elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub. Qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna…
Daha çoxAzərbaycan məhkəmə-hüquq sistemini daha da təkmilləşdirmək əzmindədir
Bu il Azərbaycanda məhkəmə hakimiyyətinin idarəedici funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasının yaradılmasının 20 illiyi qeyd olunur. 2005-ci ildə bu qurumun formalaşdırılması ilə ölkəmizdə məhkəmə hakimiyyətinin inkişafı, onun idarəolunmasının institusional əsaslar üzərində qurulması yeni mərhələyə qədəm qoyub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin davam etdirdiyi geniş hüquq islahatları çərçivəsində Məhkəmə-Hüquq Şurasının fəaliyyəti daha da gücləndirilib, məhkəmə sistemində səmərəli tənzimləmə mexanizmləri tətbiq olunub. Eyni zamanda, müasir dövrdə məhkəmə idarəçiliyi artıq yalnız inzibati funksiyaların icrası ilə məhdudlaşmır, əksinə, ədalət mühakiməsinin keyfiyyəti, şəffaflığı və ictimai etimadın formalaşdırılmasında mühüm vasitə…
Daha çox5 ayda 198 minə yaxın “ASAN İmza” sertifikatı verilib
Bu ilin yanvar-may aylarında Azərbaycanda 197 724 “ASAN İmza” elektron imza sertifikatı verilib. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21 % azdır. Hesabat dövründə “ASAN İmza”lar 131 490müraciət üzrə təqdim olunub. Bu isə 1 il əvvələ nisbətən 13,1 % azdır. “ASAN İmza” elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub.…
Daha çox